Accessibility links

1930-cü illərdə istehsal edilən təyyarə hələ də uçur [Video]


1930-cu illərdə istehsal olunan təyyarənin adı “Quş”dur. Lakin bu təyyarə muzeydə tozun altında deyil, Merelend ştatının səmasında uçur. Təyyarənin sahibi onun tarixindən danışır.

1930-cü illərdə bu təyyarənin sahibi xüsusi bir şəxs idi – Amerikanın məşhur yazıçısı, pilot vəsiqəsi olan ilk amerikalı qadın Ann Morrou Lindberq. “Quş” ona ərindən, Atlantik okeanı üzərindən tək keçən ilk pilot Çarls Lindberqdən qalıb.

Sonradan bu təyyarəni Vaşinqtondan vəkil Mayk Pangia uzun illər Smitsonia Milli Hava və Fəza muzeyi üçün köhnə təyyarələri təmir edən mühəndis Co Fişeradan satın alıb. “Uzun illər Smitsonianda işləməsinə baxmayaraq, mənim həyat yoldaşım deyərdi ki. təyyarələr uçmalıdır. O, təyyarələri təmir edər, lakin uçmadıqlarına görə təəssüflənərdi. Buna görə də o, bu təyyarəni muzeyə vermədi” deyə. Ann Fişera bildirir.

Co Fişera təyyarəni 1946-cıildə 600 dollara alıb. Bu gün buna bənzər təyyarələr 100 min dollara yaxındır. Ann Morrou Lindberqin bu təyyarəsi tarixi əhəmiyyət kəsb etdiyi üçün ona 200 min dollar qiymət qoyulub. Fişera bu təyyarəni təmir etmək üçün illər sərf edib. Mayk Pangia: “Bu, xüsusi bir təyyarədir. Sözlə ifadə etmək çətindir. Mən çox təyyarə idarə etmişəm, lakin bu, xüsusi bir təyyarədir, bunun tarixi var.”

Vəkil Mayk Pancia Ann Morrou Lindberqlə 1993-cü ildə, yazıçıya Vaşinqtonda mükafat təqdim edilərkən görüşüb.

“Quş”un saxlandığı yer də çox maraqlıdır. Burada yaşayan hər kəsin özünə məxsus təyyarəsi və təyyarənin saxlandığı anqarı var. 1950-ci illərdə isə bu yerlərdə yalnız kartof əkilərdi.

XS
SM
MD
LG