Accessibility links

BƏƏ vətəndaşlarına xaricə milli geyimdə səfər etməmək məsləhət görülüb


Birləşmiş Ərəb Əmirlikləri öz vətəndaşlarına xarici ölkəyə səfər edən zaman milli geyimlər geyinməməyi məsləhət görür.

Bu xəbərdarlıq ənənəvi ağ libas geyinən BƏƏ iş adamının ABŞ-ın mərkəzi Ohayo ştatına səfər etdiyi zaman İŞİD üzvü olduğu güman edilərək polis tərəfindən saxlanılmasından sonra edilib. Həmin şəxs daha sonra xəstəxanaya aparılıb.

BƏƏ vətəndaşlarına xarici səfərlərlə bağlı məlumat paylaşan hökümət Twitter hesabından Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının "təhlükəsizliklərini aqorumaları" məqsədilə milli geyimdə səfərə çıxmamaları barədə xəbərdarlıq edib.

Hökümət həmçinin qadınları "Avropada üz örtüyü qadağalarına riayət etməyə" çağırıb. Xəbərdarlıqda Fransa, Belçika, Danimarka və Hollandiya, eləcə də 2010-cu ildə üz örtməyi qadağan edən Barselona kimi bir sıra şəhər xüsusilə qeyd edilib.

XS
SM
MD
LG