Accessibility links

BMT-nin eksperti Birmada etnik münaqişəni müzakirə etmək üçün ölkəyə səfər edib


Tomas Ojea Quintana buddistlər və müsəlmanlar arasında münaqişənin baş verdiyi Rakhin ştatına səfər edəcək

BMT-nin insan hüquqları məsələləri üzrə eksperti Tomas Ojea Quintana buddistlər və müsəlmanlar arasında münaqişə nəticəsində yaranmış vəziyyəti müzakirə etmək məqsədilə Birmaya səfər edib.

Bir həftə sürəcək səfəri zamanı BMT rəsmisi ölkənin şimal-qərbində yerləşən Rakhin ştatında yaranmış vəziyyəti Birma rəsmiləri ilə müzakirə edəcək. Onun çərşənbə axçamı günü regiona səfər edəcəyi gözlənilir.

Birma hökuməti keçən ay buddist rakhinlər və müsəlmanlar rohinqyas arasında baş vermiş münaqişə nəticəsində 78 insanın həyatını itirdiyini bildirib. Münaqişə nəticəsində Rakhində 90 min insan yerlərindən didərgin düşməsi regionda humanitar böhranın yaranmasına yol aça bilər.
XS
SM
MD
LG