Accessibility links

"Diqqət: Vətəndaş müharibəsindən sağ çıxan qadınların səsi" filmi


"Diqqət: Vətəndaş müharibəsindən sağ çıxan qadınların səsi" filmi
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Yeni işıq üzü görən sənədli film Myanmada vətəndaş müharibəsi zamanı sağ qalan qadınlar haqdadır. Müharibənin dəhşətlərini görən bu qadınlar səslərini sülhə nail olmaq üçün qaldırır.

Myanmada gedən vətəndaş müharibəsi qadınlara baha başa gəlib. "Birma Qadınlar Liqası” tərəfindən sifariş olunan yeni sənədli film qadınların çəkdiyi zülmdən danışır. Bu sənədli filmi izləmək çox çətin olsa da, bunun bir səbəbi var. Karenni Milli Qadın Təşkilatının prezidenti Mi Mi: “Vətəndaş müharibəsi qadın və uşaqları girovlara çevirdi. Bu sənədli filmdəki qadınlar normal, atışmaların olmadığı bir həyata çağırır. Normal yaşamaq, davamlı bir sülh əldə etmək üçün ölkədəki silahlı qruplar arasında döyüşlərin sona çatmalı olduğunu deyir.”

Bu sənədli filmin adı “Diqqət: Vətəndaş müharibəsindən sağ çıxan qadınların səsi” adlanır. Film Tayland-Birma sərhədindəki qaçqın düşərgəsində yaşayan qadın da daxil olmaqla, müxtəlif ölkələrdən olan yeddi qadın haqdadır. "Birma Qadın Liqası"nın baş katibi Ley Pu Nceal: “Hər iki tərəfdən qadınlar var uşaqlarını itirib, qadınlar var həyat yoldaşlarını itirib. Müxətlif ölkələrdə yaşamalarına, müxtəlif etnik qruplara mənsub olmalarına baxmayaraq, onların duyğuları var. Harada yaşamalarından asılı olmayaraq qadınlar həssas və daha tez yaralanan olduqları üçün biz münaqişə bölgələrindəki qadınları seçdik.”

Buna görə də Birma daxilindəki 13 qadın haqları müdafə qrupu və 11 etnik təşkilatın birləşdiyi “Birma Qadın Liqası” bu sənədli filmi ilə acılara və əzablara soy qoyulması üçün münaqişə bölgələrində atəşkəsə çağırır.

XS
SM
MD
LG