Accessibility links

Birmada daşqınlar 27 nəfərin həyatına son qoyub


Birmada 150 mindən çox insanı təsirinə məruz qoyan daşqınlar 27 nəfərin ölümünə səbəb olub. Hökumət, ordu və yardım təşkilatlarının xilas əməliyyatlarını və humanitar yardımı davam etdirdiy bir vaxt ölənlərinə sayının da artacağı ehtimal olunur.

Prezident Tein Sein dünən fövqəladə vəziyyət elan olunan 4 bölgədən birinə - ölkənin şimalındakı Saqainq regionuna səfər edib.

Həftələrlə davam edən şiddətli yağışlar daşqınlara və torpaq sürüşmələrinə yol açıb. Bəzi bölgələrdə daşqınlar bir neçə metr hündürlükdə olub.

Təbii fəlakət ən çox ölkənin Sikayn və Rakxayn əyalətlərində fəsadlar törədib. Bu bölgələrdə 12 mindən çox ev tamamilə dağılıb. Bir çox məktəblərdə tədris dayandırılıb. Təbii fəlakətdən əziyyət çəkənlərə humanitar yardım edilib. Hökumət bölgədə fövqəladə vəziyyət elan edib.

XS
SM
MD
LG