Accessibility links

Birmanın demokrat lideri azadlığa çıxdı


Birmanın demokrat lideri azadlığa çıxdı
Birmanın demokrat lideri azadlığa çıxdı

Birma demokratik hərəkatının lideri Aunq San Suu Kyi uzun müddətli ev dustaqlığından azad edilib. Gölkənarı evinin qarşısında xanım San Suu Kyini yüzlərlə tərəfdarı, jurnalistlər və diplomatlar alqış sədaları altında qarşılayıblar. Onun azadlığa buraxılmasından az sonra küçələri dolaşan iğtişaş polisləri ərazini tərk edib. Birma hərbi hökumətinin onu ev dustağı etməsindən yeddi il keçmiş Nobel sülh mükafatı laureatı evinin darvazası qarşısında duraraq izdihama əl yelləmiş və gülümsəmişdir. O, evə qayıtmazdan öncə izdihama bildirib ki, bazar günü rəhbərlik etdiyi Milli Demokratiya Liqasının baş qərargahında insanlarla danışacaq. ABŞ prezidenti Barak Obama bir sıra dünya liderlərinə qoşularaq Aunq San Suu Kyinin azadlığa buraxılmasını alqışlayıb. O, son 21 ilin 15-ni müxtəlif növ dustaqlıqlarda keçirib. Aunq San Suu Kyinin azadlığa buraxılması Birmanın son 20 ildə keçirdiyi ilk seçkilərdən 2 gün sonraya təsadüf edir.

XS
SM
MD
LG