Accessibility links

Botanika sərgisi [Video]


Botanika sərgisi
please wait
Embed

No media source currently available

0:00 0:02:34 0:00

Bitkilərin incəliyini və gözəlliyini əsasən sulu rənglərlə işlənmiş əsərlərdə görmək olur. Bu Botanika sərgisində yerli bitkilərlə yanaşı Rusiya, Ukrayna, İndoneziya, Cənubi Afrika, Çin, Cənubi Koreya, Yaponiya, Braziliya, Tayland daxil olmaqla, dünyanın 25 ölkəsindən gətirilmiş bitkilər nümayiş etdirilir. Belə bir ideyanın məqsədi isə botanika sənətini və dünya boyu bitkilərin müxtəlifliyini göstərməkdir.

Aylin Melon Braunun bağçası onun bitki sevgisi ilə botanika sənətini birləşdirməyə imkan verir və o, uzun illərdir rəsm çəkməklə məşğuldur. .
"Bağça sizin laboratoriyanıza bənzəyir. Yəni siz orada qala və ya ordan çıxa bilərsiniz, rəsm çəkə bilərsiniz və özünüz özünüzə o, yarpağın budağa necə birləşdiyini deyə bilərsiniz."

Botanika sənəti incəsənət və elmin vəhdətindən yaranır. Burada hər əsər dəqiq detallarına malikdir.

Birləşmiş Ştatların Vaşinqton şəhərində yerləşən Botanika Bağındakı “Amerikanın botanıka sənəti” sərgisində Aylin Braunun yetişdirdiyi Virciniya çiyələyi də yer alır. “Bu əsərdə siz əvvəlcə gülü, sonra isə yetişmiş meyvəni görürsünüz. Buna görə də mən bu bitkilərin doğrudan da belə ardıcıllıqla yetişdiyinə əmin olmaq istəyirdim” deyə, Aylin Braun bildirir.

O, hər parçanı “quru fırça” adlanan üsulla –akvarel rəngləri bir neçə damla su ilə qarşdırıb sonra fırça ilə nazik xətlər çəkərək yaradır.

ABŞ-ın Botanika sənəti sərgisində ağaclar, otlar və çiçəklər daxil olmaqla, bitki nümunələri nümayiş etdirilir. Bunlardan bəzilərini isə Botanika bağında görmək olar.

Bu, “Sarı Başmaq” çiçəyini məşhur botanika rəssamı Kerol Vodin şəkib. O deyir ki, hər rəssamın özünün yaradıcılıq üslubu var. “Bəzi sənətkarlar yalnız bir an üzərində işləyirlər və bir anı tuturlar. Digərləri isə mövsüm boyu bitkini öyrənir və hər mərhələni təsvir etməyə çalışır."

Alis Tangerini bitki şəkillərini qələm və mürəkkəbdən istifadə edərək çəkir. O, foto çəkərkən bitkinin hər detalını görməyin mümkün olmadığını deyir. “Siz hər yarpağın digərindən fərqini, hər çiçəyi, ən kiçik toxumu belə görürsünüz. Mən hər xətti çəkdiyimdə həyəcanlanıram.”

Başqa rəssamlar kimi Melani Braun da bitkilərin rəsmlərini çəkməkdən böyük zövq aldığını deyir.

XS
SM
MD
LG