Accessibility links

"Qara cümə" amerikalılar 600 milyard dollar xərcləyəcək


Amerikada Şükranlıq bayramı həftəsidir. Amerikalıların çoxu üçün bu gün bayram süfrəsi hazırlamaq və malik olduqları hər bir şeyə görə minnətdarlıq bildirmək imkanı deməkdir. Amma bunlarla yanaşı Şükranlıq bayramı həm də bayram alış-verişi deməkdir.


Birləşmiş Ştatlarda bayram alış-veriş mövsümü pərakəndə satış şirkətləri maksimum gəlir əldə etməyə çalışır. Şükranlıq gününün səhəri “Qara Cümə” adlanır. Bu, pərakəndə satış şirkətlərinin nəhayət alqı-satqının az olduğu “qırmızı” günlərdən fərqli olaraq “qara cümə“ günü böyük gəlir əldə etməsi deməkdir.

Şükranlıq bayramından sonrakı həftəsonu 140 milyon amerikalının bayram alış-verişinə çıxacağı gözlənilir.

“Qara Cümə” günü böyük endirimlər təklif edən mağazalar qapılarını evlərdə bayram süfrələrindən əvvəl açır. Bəzi mağazalar yaxşı gəlir əldə etmək üçün bir neçə gün münasib qiymətlər təklif edir. Adamlar endirim təklif edən mağazaların qarşısında bəzən saatlar növbədə dayanır.

Növbələrdə dayanmaq istəməyənlər isə “qara cümə”dən sonra “Cyber Monday”, vəni “kiber bazar ertəsi” adlanan gün alış-verişi internetdə online edir.

Milli Pərakəndə Satış Federasiyasının hesablamalarına görə, bu il orta sinfə mənsub amerikalı bayram alış-verişinə 738 dollar xərcləyəcək. Bu isə keçən illə müqayisədə 4 faiz artaraq, 600 milyard dollar təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG