Accessibility links

ABŞ Dövlət katibi Antoni Blinken Fransaya gedir


ABŞ Dövlət katibi Antoni Blinken transatlantik müttəfiqlər arasında gərginliyi artıran AUKUS (Avstraliya, İngiltərə və ABŞ) kimi tanınan genişləndirilmiş üçtərəfli təhlükəsizlik sazişinin ardınca Fransaya ilk səfərinə başlayır.

Ekspertlərin fikrincə, Fransa ilə güclü şəxsi əlaqələri olan Blinkenin ABŞ-Fransa əlaqələrini yaxşılaşdırmaq üçün qarşıdakı səfərdən istifadə edəcəyi gözlənilir.

ABŞ-ın ən yüksək səviyyəli diplomatı 5-6 oktyabr tarixlərində keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Nazirlər Şurasının iclasına rəhbərlik edəcək və təşkilatın 60 illiyini qeyd edəcək.

Blinken Parisdə Fransa Xarici İşlər naziri Jan-İv Le Drian ilə ikitərəfli görüş keçirəcək.

Fransa 2022-ci ilin yanvar ayınıın 1-dən iyunun 30-dək Avropa İttifaqı Şurasına sədrlik edəcək.

"Blinken Hind-Sakit okean bölgəsindəki təhlükəsizlik, iqlim böhranı, COVID-19 pandemiyasından sonra iqtisadi dirçəliş, transatlantik əlaqələr, qlobal çətinlikləri aradan qaldırmaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcək" - deyə, Dövlət Departamenti bildirib.

AUKUS müqaviləsi ilə əlaqədar gərginlik ABŞ Prezidenti Co Baydenn administrasiyasının 15 sentyabrda Avstraliya və İngiltərə ilə yeni bir təhlükəsizlik paktı əldə etməsindən sonra yaranıb. Anlaşmaya əsasən, Avstraliya Amerika texnologiyasından istifadə edərək və ən azı səkkiz nüvə enerjili sualtı gəmisi alacaq.

Müqavilə Avstraliyanın Fransa ilə dizel elektrikli sualtı qayıqlar üçün daha əvvəl bağladığı müqaviləni ləğv etməsindən sonra Parisin qəzəbinə səbəb olub. Fransa bundan sonra iki gün ərzində ABŞ və Avstraliyadakı səfirlərini geri çağırıb.

Le Drian ABŞ-la "inam böhranı" olduğunu deyib.

Prezident Bayden ilə Fransa Prezidenti Emmanuel Makron arasında sentyabrın 22-də sualtı anlaşma ilə əlaqədar gərginliyi azaltmaq üçün edilən telefon danışığından sonra hər iki liderin "güvən" təmin etmək üçün "dərin məsləhətləşmə prosesi açmağa" qərar verdiyi bildrilib.

Makron Fransa səfiri Filip Etienin gələn həftə Vaşinqtona dönəcəyinə qərar verib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG