Accessibility links

Blinken Yaxın Şərq səfərindən atəşkəs olmadan dönüb


ABŞ dövlət katibi Antoni Blinken
ABŞ dövlət katibi Antoni Blinken

ABŞ dövlət katibi Antoni Blinken cümə axşamı Yaxın Şərqə səfərindən Qəzzada dörd aydır davam edən İsrail-HƏMAS müharibəsində atəşkəs və ya militantların saxladığı girovlarn azad edilməsi ilə bağlı razılıq olmadan qayıdıb.

Blinken və ABŞ-ın başqa rəsmiləri döyüşlərin dayandırılacağına və 100-ə yaxın girovun azad ediləcəyinə nikbin olduqlarını bildiriblər.Ancaq İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın Qəzzaya nəzarəti militantların əlində saxlayacaq planını “xəyalpərəst” adlandırıb və bildirib ki, İsrail qüvvələri “tam qələbə” qazanmaq üçün mübarizə aparacaq.

Bu arada isə Ağ Ev elan edib ki, Prezident Co Bayden İsrail-HƏMAS müharibəsinin həlli ilə bağlı danışıqlar üçün bazar ertəsi Vaşinqtonda İordaniya Kralı II Abdullahla görüşəcək.

Blinkekn dörd ölkəni əhatə edən Yaxın Şərq səfərini Netanyahunun müharibə kabineti ilə görüşlə yekunlaşdırıb. Həmin görüşdə keçmiş ordu rəhbərləri Benni Qantz və Qabi Eisenkot da iştirak edib. ABŞ-ın baş diplomat deyib ki, o, diqqətini “girovlara və hər ikimizin onların ailələrinə qaytarılmasına dair güclü istəyimizə, bu istiqamətdə aparılan işlərə” yönəldəcək.

Ancaq çərşənbə günü Blinken İsrail, ABŞ, Qətər və Misirin bir neçə həftə davam edəcək və girovları azad edəcək atəşkəs planı ilə HƏMAS-ın İsrail qoşunlarının Qəzzadan çıxarılmasını, Qəzzan bombardmanına son qoymasını və HƏMAS-ın ərazinə idarə etmək və hərbi imkanlarını yenidən qurmaq hüququna çağıran cavabı arasında kəskin fərqliliklərin olduğunu etiraf edib.

“Aydındır ki, HƏMAS-ın geri göndərdiyi şeylərin müvəffəq olması mümkün deyil,” ” Blinken mətbuat konfransında deyib. “Ancaq eyni zamanda, biz razılaşmanı davam etdirmək üçün imkan görürük.”

HƏMAS-ın yüksək səviyyəli rəsmisi deyib ki, HƏMAS-ın nümayəndə heyəti cümə axşamı Qahirədə Misir və Qətər rəsmiləri ilə danışıqları davam etdirib.

Birləəşmiş Ştatlar militantların oktyabrın 7-də İsraildə 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan bəri HƏMAS-a qarşı mübarizəsində İsrailin ən böyük dəstəkçisi olub. Ancaq Netanyahu Blinkenin HƏMAS-ın planının ən azından atəşkəs müzakirələri üçün başlanğıc nöqtəsi ola biləcəyi ilə bağlı qiymətləndirməsini rədd edib.

“Biz tam qələbə yolundayıq. Başqa həll yolu yoxdur,” Netahyahu Blinkenlə grüşədn sonra mətbuat konfransında deyib. O bildirib ki, İsrailin müharibə səyləri illər deyil, aylar çəkəcək.

İsrail lideri həmçinin ABŞ və başqalarının İsrailin Qəzzanın cənubunda, xüsusilə də, Misirlə sərhəddə yerləşən və İsrailin şimaldakı dyüşlərdən qaçmaq üçün evakuaisya tələblərindən sonra bir milyondan çox fələstinlinin qaçdığı Rəfahda, hərbi əməliyyatları genişləndirməsi ilə bağlı narahatlıqlarını da rədd edib.

HƏMAS-ın atəşkəs planını rədd edən Netanyahu həmçinin onlarla işçisinin HƏMAS-ın oktyabrdakı hücumunda iştirak etdiklərinə dair ittihamlardan sonra Qəzzada beynəlxalq humanitar yardımın əsas distribyutoru olan BMT-nin fələstinlilərə yardım agentliyinin ləğv edilməsinə çağırıb.

Blinken Netanyahu və digər israilliləri davamlı cabalarını intiqamın diktə etməsinə imkan verməməyə çağırıb.

“İsraillilər oktyabrın 7-də ən dəhşətli şəkildə amansızlığa məruz qaldılar,” o deyib. “Və o vaxtdan bəri girovlar hər gün amansızlığa məruz qalırlar. Amma bu, başqalarını da amansızlığa məruz qoymaqü üçün icazə ola bilməz.”

HƏMAS-ın idarə etdiyi Qəzza saəhiyyə nazirliyi bildirir ki, İsrailin əks-hücumunda 27500-dən çox insan ölüb, 2 milyona yaxın fələstinli Qəzzada evlərindən didərgin düşüb.

HƏMAS öz təklifində üç 45 günlük mərhələyə çağırır ki, ilkində bütün geridə qalan qadın və uşaqları, habelə yaşlı və xəstə kişiləri İsraildə saxlanılan qeri-müəyyən sayda fələstinli məhbus müqabilində sərbəst buraxılması nəzərdə tutulur.

HƏMAS-ın planında İsraildən məskunlaşan ərazilərdən geri çəkilməsi və hava bombardmanlarına son qoyması, eyni zamanda daha çox humanitar yardımın Qəzzaya daxil olmasına və fələstinlilərin, o cümlədən dağılmış Qəzzanın şimalında öz evlərinə qayıtmasına icazə verməsi tələb olunur.

İlk mərhələdə müzakirə olunacaq ikinci mərhələdə isə, 50 yaşından yuxarı, o cümlədən yüksək səviyyəli militantlar daxil olmaqla, fələstinli məhbusların İsrail tərəfindən azad buraxılması müqabilində, əksəriyyəti əsgərlər olmaqda bütün geridə qalan girovlar azad ediləcək.

İsrail əlavə 1500 məhbusu azad edəcək ki, onların 500-nü HƏMAS müəyyən edəcək, və tamamilə Qəzzadan geri çəkiləcək.

Üçüncü mərhələdə isə tərəflər geridə qalan girovlar və məhbusları azad edəcək. İsrail Qəzzada qalan 130-a yaxın girovdan 20-dən çoxunun artıq öldüyünə və ya öldürüldüyünə inanır.

Bu, müharibə başlayandan bəri Blinkenin Yaxın Şərqə beşinci səfəridir.

O, ABŞ-ın israillilər və fələstinlilər, habelə bütöv region üçün davamlı sülh və təhlükəsizliyi təmin etməyin ən yaxşı ylunun Fələstin dövlətinin yaranmasının olduğuna dair mövqeyini təkrarlayıb. Dövlət Departamentinin bildiridiyinə görə, Blinken gəmçinin İsrailin işğal etdiyi İordan çayının qərb sahilində gərginliyi dərhal azaltmağın və münaqişənin genişlənməsinin qarşısını almağın vacibliyini vurğulayıb.

Tənqidçilər müharibə bitəndən sonra Qəzzanın idarəsi ilə bağlı qəti planının olmaması səbəbilə Netanyahuya tənqid edib.

Netanyahu Qəzzanın tam və ya qismən idarəsinin HƏMAS-ın ixtiyarına buraxılacağı hər hansı həll yolunu rədd edib. O həmçinin deyib ki, uzun müddətdə təhlükəsizliyə zəman verə biləcək “yegadə güc” İsraildir.

Forum

XS
SM
MD
LG