Accessibility links

Blinken Polşada təhlükəsizlik və qaçqınlarla bağlı danışıqlar aparıb


ABŞ Dövlət katibi Antoni Blinken və Polşanın xarici işlər naziri Zbiqnev Rau
ABŞ Dövlət katibi Antoni Blinken və Polşanın xarici işlər naziri Zbiqnev Rau

ABŞ Dövlət katibi Antoni Blinken şənbə günü Polşanın Ukrayna ilə sərhədinə yaxın yerləşən Jejuv şəhərində Polşa baş naziri və xarici işlər naziri ilə görüş keçirib. Rusiyanın Ukraynaya hücumundan bəri bu şəhərə yüz minlərlə insan keçib.

Blinken NATO üzvü Polşanı Rusiyanın hərbi müdaxiləsinə reaksiyasına görə alqışlayıb. Polşada təxminən 10 000 ABŞ hərbi qulluqçusu var, onların yarısından çoxu isə oraya son həftələrdə gedib.

“Polşa bu böhrana cavab vermək üçün çox mühüm iş görür. O, Ukraynanın təhlükəsizliyini dəstəkləmək üçün çoxlu işlər görüb” - deyə, Blinken Polşanın xarici işlər naziri Zbiqnev Rau ilə Jeşuvda keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

Dövlət Departamenti bildirib ki, Blinken işğalla əlaqədar olaraq təhlükəsizlik və humanitar dəstəyi müzakirə edəcək və Ukraynada döyüşlər səbəbilə didərgin düşən qaçqınları qəbul etdiyi üçün Polşaya təşəkkür edəcək.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin rəhbəri şənbə günü bildirib ki, həftəsonunun sonuna qədər qaçqınların sayı indiki 1.3 milyondan 1.5 milyonadək arta bilər.

Rau deyib ki, Polşa millətindən, irqindən və dinindən asılı olmayaraq qaçqınları qəbul etməyə davam edəcək: “Ukraynaya hücum artıq Avropanı və onun təhlükəsizlik hissini dəyişib”.

Polşa "əsassız qanunsuz təcavüz" nəticəsində yaranan hər hansı ərazi dəyişikliyini qəbul etməyəcək"- o, əlavə edib.

Polşa həmçinin Ukraynada törədilmiş hərbi cinayətlərin sənədləşdirilməsi üçün mərkəz yaradır. Rau deyib ki, Blinken ilə ABŞ-la bu məsələdə əməkdaşlığı müzakirə edib.

" Polşa keçmişdə yaşadığı ağrılı təcrübəyə görə müharibə cinayətləri törədənlərin istintaqa cəlb olunmasını tələb edəcək" deyən Rau, İkinci Dünya Müharibəsinin başlanğıcında faşistlərin Velun şəhərini bombardman etməsinə istinadən deyib.

Rusiya öz hərəkətlərini hərbi müdaxilə deyil, “xüsusi hərbi əməliyyat” kimi təsvir edir və bildirir ki, məqsədi Ukraynanı tərksilah etmək, NATO-nun təcavüzünə qarşı çıxmaq və neonasist adlandırdığı Ukrayna liderlərini ələ keçirməkdir.

Blinken Polşadan öncə Brüsseldə olub. Orada o, cümə günü NATO alyansı, Böyük Yeddilər və Avropa İttifaqının xarici işlər nazirləri ilə görüşərək, Qərbin Rusiyanı sərt sanksiyalar vasitəsilə cilovlamaq səylərini müzakirə edib.

Polşada o, həmçinin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, demokrat Qreqori Miks və onun müavini, respublikaçı Maykl Makkalın başçılıq etdiyi hər iki partiyanın təmsil olunduğu nümayəndə heyəti ilə də görüşəcək.

NATO üzvləri Rusiya hərbçiləri ilə mübarizə aparmaq üçün Ukrayna hökumət qüvvələrinə hərbi yardım edirlər. Lakin ittifaq Ukraynanın ölkə üzərində uçuşa qadağa zonası tətbiq etmək tələblərini rədd edərək, bunun daha geniş və daha təhlükəli münaqişəyə səbəb ola biləcəyini bildirib.

XS
SM
MD
LG