Accessibility links

Blinken ABŞ müttəfiqlərini İslam Dövləti ilə mübarizəni davam etdirməyə çağırıb


ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi müttəfiqlərini Afrikadakı filiallarına qarşı xüsusi diqqət ayırmaqla İslam Dövləti qrupunun məğlubiyyətinə diqqət ayırmağa çağırıb.

"Birlikdə çalışdığımız üçün böyük irəliləyiş əldə etdik, buna görə mübarizəyə diqqət ayıracağınızı, bu terror təşkilatı ilə məğlub olana qədər mübarizəni davam etdirəcəyiniz' ümid edirəm" - deyə, Blinken İtaliyada İŞİD-ə qarşı Qlobal Koalisiyanın iclasının əvvəlində bildirib.

O, koalisiya səylərinin xarici döyüşçülərin İraq və Suriyaya hərəkatının demək olar ki, dayandırılması da daxil olmaqla, “əhəmiyyətli nailiyyətlər” əldə olunduğunu qeyd edib.

Blinken 10 min İŞİD militantının Suriyanın Demokratik Qüvvələri tərəfindən saxlanıldığını vurğulayaraq, vəziyyəti “sadəcə imkansız” adlandırıb və hökumətləri vətəndaşlarını reabilitasiya və ya mühakimə olunması üçün geri çağırmağa səsləyib.

ABŞ-ın ən yüksək səviyyəli diplomatı suriyalı qaçqınları qəbul edən ölkələrdəki suriyalılar və icmalar üçün 436 milyon dollar əlavə humanitar yardım verəcəyini açıqlayıb. O, vəsaitin ərzaq, su, sığınacaq, səhiyyə, təhsil və qoruma təminatına xərclənəcəyini deyib.

ABŞ silahlıların Suriya və İraqın şimalındakı geniş bir əraziyə nəzarəti ələ keçirməsindən sonra 2014-cü ildə İslam Dövləti qrupunu məğlub etməyi hədəfləyən 83 üzvünü əhatə edən koalisiya səylərinə başlamışdı və 2019-cu ildə sonuncu militantların əzarizdən qovulduğunu elan etmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG