ABŞ dövlət katibi Antoni Blinken çərşənbə günü İsrailin HƏMAS lideri Yəhya Sinvarı öldürməsnini Qəzza zolağında hələ də militant qrup tərəfindən saxlanılan girovların azad edilməsinə nail olmaq üçün "real fürsət ola bilər" deyib.
Səudiyyə Ərəbistanına yola düşməzdən əvvəl Tel-Əvivdə jurnalistlərə açıqlama verən Blinken deyib ki, İsrail HƏMAS-a qarşı müharibədə qruplaşmanın hərbi imkanlarını zəiflətmək də daxil olmaqla, bir sıra uğurlar əldə edib. ABŞ-ın yüksək səviyyəli diplomatı geriyə girovları evə gətirmək və müharibəni bitirmək qaldığını deyib.
Blinken deyib ki, müharibə HƏMAS-ın Qəzzadan uzaqlaşdırılması və İsrail əsgərlərinin orada qalmamasını təmin edəcək şəkildə sona çatmalıdır.
Blinkenin ərəb tərəfdaşları ilə yaxın günlərdə müzakirə edəcəyi mövzular müharibədən sonrakı Qəzzada idarəetmə, təhlükəsizlik, yenidənqurma və beynəlxalq ictimaiyyətin fələstinlilərə yardım etmək üçün nə edə biləcəyi kimi məsələlər olacaq.
Blinken İsrailə Qəzzaya çatdırılacaq humanitar yardımın həcmini artırmalı olduğunu, əks halda ölkənin ABŞ-ın hərbi yardımına çıxışını itirmək riski olması ilə bağlı xəbərdarlıq məktubu göndərdikdən bir həftə sonra, çərşənbə günü deyib ki, irəliləyiş əldə edilir, lakin artırılmalı və davam etdirilməlidir.
Blinken jurnalistlərə bu ilin əvvəlində oxşar xəbərdarlıq etdiyini və bundan sonra İsrailin yardımın sürətlə artmasına kömək etdiyini, lakin bunun davam etmədiyini deyib. Təhdidlər hüquqi öhdəliklərdən irəli gəlir və bu o deməkdir ki, ABŞ-dan hərbi yardım alan tərəf ABŞ-ın humanitar yardımına mane olmamalıdır.
Yeni xəbərdarlığın boş bir təhdid olub-olmadığına toxunan Blinken çərşənbə günü “Mən qanuna əməl etməyə qərarlıyam. Qanuna əməl edəcəyəm” deyib.
Bir ildən çoxdur başlayan İsrail-HƏMAS müharibəsindən bəri bölgəyə 11-ci səfərini edən Blinken çərşənbə axşamı İsrailin baş naziri Benyamin Netanyahu və digər rəsmilərlə görüşüb.
Netanyahu və Blinken İsrailin Livanda yerləşən İranın dəstəklədiyi Hizbullah militantları ilə davam edən döyüşlərini də müzakirə edib.
İsrail lideri Blinkenə Livanda təhlükəsizlik və siyasi dəyişikliyə ehtiyac olduğunu və bunun köçkün israillilərin İsrailin şimalındakı evlərinə təhlükəsiz şəkildə qayıtmasına imkan verəcəyini deyib.
Blinken-Netanyahu görüşü Sinvarın öldürülməsindən altı gün sonra və Birləşmiş Millətlər Təşkilatının humanitar böhran olduğunu dediyi Qəzzada fələstinlilərə daha çox yardımın çatdırılmasında irəliləyiş olmadan ABŞ-ın bəzi ABŞ hərbi yardımını dayandıracağı ilə hədələməsindən bir həftə sonra baş tutub.
Forum