Accessibility links

ABŞ Dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfər edəcək


ABŞ Dövlət katibi Antoni Blinken
ABŞ Dövlət katibi Antoni Blinken

ABŞ Dövlət katibi Antoni Blinken Ukrayna yardım, Rusiya-İran yaxınlaşması və İsrail-Fələstin gərginliyinin azaldılması məsələləri ilə bağlı yaxın günlərdə Misir, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.

Dövlət Departamentinin cümə axşamı bildirdiyinə görə, Blinken səfəri zamanı "Rusiyanın Ukraynanı işğalı, İran, İsrail-Fələstin münasibətləri və iki dövlətin həlli yolları, insan haqları və demokratik dəyərlərin qorunması kimi məsələlərlə bağlı məsləhətləşmələr aparacaq".

İsrail Ukraynaya tibbi və humanitar yardım göstərsə də, Kyivə hərbi texnika göndərməkdən çəkinir. Belə ki, Rusiyanın Suriyadakı müharibədə iştirakı nəzərə alınarsa, bu, Moskvanın İsrailin qonşusu ilə təhlükəsizlik maraqlarına zərər verə biləcək bir addım olar.

Birləşmiş Ştatlar İsraildən Ukraynaya dəstək verməsini istəsə də, Rusiya-Ukrayna müharibəsində İsrailin mövqeyini tənqid etmir.

Blinkenin yanvarın 29-31 tarixlərində Yaxın Şərqə səfəri Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın yanvarın 18-dən 20-nə qədər İsrail və Fələstin liderləri ilə keçirdiyi görüşlərdən sonra baş tutacaq. Ağ Evin bildirdiyinə görə, Sallivan İranın davam edən təhdidlərinə qarşı Vaşinqtonun "İsrailin təhlükəsizliyinə sarsılmaz öhdəliyini" bir daha təkrarlayıb.

ABŞ rəsmiləri İranı Ukraynada istifadə etməsi üçün Rusiyaya pilotsuz təyyarələr verməkdə ittiham edərək, bu cür hərbi yardımın "sabitliyi dərin şəkildə pozduğunu" deyib.

İran Rusiyaya pilotsuz təyyarələr verdiyini etiraf etsə də, onları Moskvanın Ukraynadakı müharibəsindən əvvəl verdiyini iddia edib.

Yaxın Şərqə səfəri zamanı Blinken Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Eli Koen və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək. İordan çayının qərb sahilində Blinken Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas və muxtariyyatın digər yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.

U.S. Secretary of State Antony Blinken is heading to Egypt, Israel, and the West Bank in the coming days, with Ukraine aid, growing Russia-Iran alignment, and the de-escalation of Israeli-Palestinian tensions high on his agenda.

The State Department said Thursday Blinken will consult with partners on issues that include “Russia’s invasion of Ukraine, Iran, Israeli-Palestinian relations and preserving the two-state solution to the Israeli-Palestinian conflict, and the protection of human rights and democratic values.”

Israel has provided medical and humanitarian assistance to Ukraine but avoided sending lethal military equipment to Kyiv, a move that could upset Moscow and hurt Israel’s security interests in neighboring Syria, given Russia’s involvement in that war-torn country.

The United States continues to seek Israel’s support for Ukraine, while refraining from criticizing Israel’s posture on the Russia-Ukraine war.

Blinken’s visit to the Middle East from January 29-31 follows White House national security advisor Jake Sullivan’s meetings with Israeli and Palestinian leaders from January 18-20, when the White House says Sullivan restated Washington’s “unwavering commitment to Israel’s security” to counter the continued threats posed by Iran.

U.S. officials have accused Iran of providing drones to Russia for Moscow’s use in Ukraine, calling such military assistance “deeply destabilizing.”

Iran has acknowledged supplying Russia with drones but maintains the transfer came before Moscow’s war in Ukraine.

During his trip, Blinken will meet with Israeli Prime Minister Benjamin Netanyahu, Foreign Minister Eli Cohen and other senior officials in Jerusalem. In the West Bank, Blinken will meet with Palestinian Authority President Mahmoud Abbas and other senior PA officials.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın enerji infrastrukturuna daha çox zərbə endirir
please wait

No media source currently available

0:00 0:12:39 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG