Accessibility links

Blinken Ankara danışıqları haqqında: Qəzzaya humanitar yardımı artırmaq üçün fəal şəkildə çalışırıq


ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin Xarici İşlər naziri Hakan Fidan noyabrın 6-da Ankarada görüşüb
ABŞ Dövlət katibi Antoni Blinken və Türkiyənin Xarici İşlər naziri Hakan Fidan noyabrın 6-da Ankarada görüşüb

Dövlət katibi Antoni Blinken bazar ertəsi Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb, Qəzzaya humanitar yardımın genişləndirilməsi və İsraillə HƏMAS arasında münaqişənin genişlənməsinin qarşısının alınması səylərini müzakirə edib.

“Biz... ehtiyacı olanlara humanitar yardımın əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də münaqişənin regionun digər yerlərinə yayılmasının qarşısını almaq üçün səyləri və israillilər və fələstinlilər üçün möhkəm, davamlı sülh üçün şərait yaratmaq üçün nə edə biləcəyimizi müzakirə etdik” - deyə, Dövlət Departamentinin rəhbəri Ankaradan uçmazdan əvvəl hava limanında jurnalistlərlə söhbət edərkən bildirib.

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Blinken və Fidan arasında görüş iki saat yarım davam edib.

Blinken Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyib.

Birləşmiş Ştatlar davam edən münaqişənin genişlənməsinin qarşısını almağa çalışır və Yaxın Şərqdə diplomatik səyləri gücləndirir.

Blinken bildirib ki, Birləşmiş Ştatlar Qəzzaya humanitar yardım göstərməkdə irəliləyiş əldə edib.

“Biz Qəzzaya daha çox humanitar yardım almasını təmin etmək üçün çox çalışırıq. Bizim bunu etmək üçün çox konkret yollarımız var. Düşünürəm ki, yaxın günlərdə biz görəcəyik ki, yardım xeyli genişlənə bilər,” Dövlət Departamentinin rəhbəri vurğulayıb.

Blinken Vaşinqtonun HƏMAS militantları tərəfindən saxlanılan amerikalılar da daxil olmaqla girovların taleyini diqqətdə saxladığını təkrarlayıb və əlavə edib ki, regiondakı digər ölkələr onların vətənlərinə qayıtmalarında mühüm rol oynaya bilər.

Jurnalistlərə danışan Blinken həmçinin İsveçin NATO-ya daxil olması istiqamətində sürətli irəliləyişin olacağına əminliyini də ifadə edib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG