Accessibility links

Blinken Tailand səfərini təxirə salıb


Səyahət zamanı onu müşayiət edən mətbuat üzvünün COVID-19 testinin müsbət çıxmasından sonra ABŞ dövlət katibi Antoni Blinken Tailanda planlaşdırılan səfərini təxirə salıb.

Blinken ABŞ-ın Çinin təsirinin artmaqda davam etdiyi regionda əlaqələri gücləndirmək səyləri çərçivəsində cümə axşamı Malayziyadan Tailanda getməyə hazırlaşırdı.

Çərşənbə günü baş verən yoluxma hadisəsi ABŞ-ın yüksək səviyyəli diplomatını ABŞ prezidenti Co Bayden yanvarda vəzifəyə gəldikdən sonra Cənub-Şərqi Asiya ölkəsinə ilk səfərini yarımçıq qoymağa məcbur edib. Blinkenin səfəri İndoneziyanın paytaxtı Cakartadan başlayıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Blinkenin Tailandın baş nazirinin müavini və xarici işlər naziri Don Pramudvinaya çərşənbə axşamı planlaşdırılan səfərin təxirə salındığı barədə məlumat verdiyini bildirib.

"O izah etdi ki, COVID-19-un yayılması riskini azaltmaq və ABŞ-a səyahət edən tərəfin və onların əks halda təmasda olacaqlarının sağlamlığına və təhlükəsizliyinə üstünlük verdiyi üçün Blinken Vaşinqtona qayıdacaq” - deyə, Prays açıqlamasında bildirib.

Prays Blinkenin Tailandın xarici işlər nazirini "ilk fürsətdə Vaşinqtona səfərə dəvət etdiyini və mümkün qədər tez bir zamanda Tailanda səfər etməyi səbirsizliklə gözlədiyini" deyib.

ABŞ-ın Kuala Lampurdakı səfirliyinin açıqlamasında Malayziya hökumətinin infeksiya barədə məlumatlandırdığını və səyahət edən ABŞ qrupundakı digər üzvlərinin testlərinin mənfi olduğu bildirilib.

XS
SM
MD
LG