Accessibility links

Blinken Tunisdə islahatlara çağırıb


ABŞ Dövlət Departamenti prezident Kays Sayedin siyasi hakimiyyəti ələ keçirməsindən təxminən dörd ay sonra bildirib ki, ABŞ dövlət katibi Antoni Blinken Tunis liderini tunislilərin "demokratik irəliləyiş" ümidlərinə cavab olaraq islahatlar aparmağa təşviq edib.

Sayed keçən həftə Nazirlər Kabinetini istefaya göndərdiyi, parlamentin fəaliyyətini dayandırdığı və iyul ayında şəxsi hakimiyyəti ələ aldıqdan sonra daxildə və xaricdə artan tənqidləri aradan qaldırmaq üçün islahatlar cədvəli üzərində dayanmadan çalışdığını deyib.

Keçən həftə minlərlə tunisli paytaxtda parlamentin qarşısında etiraz aksiyası keçirərək ondan assambleyanın bərpasını tələb edib.

Dövlət Departamentinin Blinken və Sayed arasındakı zənglə bağlı bəyanatında deyilir: "Dövlət katibi Tunisin əhəmiyyətli siyasi, iqtisadi və sosial problemlərini həll etmək və Tunis xalqının davamlı demokratik tərəqqi istəklərinə cavab vermək üçün şəffaf və əhatəli islahat prosesini təşviq edib".

Əlavə edilib ki, Blinken və Sayed Tunisdəki son hadisələri, o cümlədən yeni hökumətin formalaşdırılması və iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün atılacaq addımları müzakirə ediblər.

Tunis prezidentliyinin bəyanatında daha əvvəl bildirilib ki, Birləşmiş Ştatlar Tunisə siyasi islahatlar üçün tarixləri açıqladıqdan sonra ona dəstək təklif edəcək.

Sayed yeni baş nazir təyin etməzdən və ölkənin fərmanla idarə edəcəyini elan etməzdən əvvəl "Ərəb Baharı"nın ilk və yeganə uğurlu demokratiya tərəfdarı üsyanından on il sonra onu tənqid edənlərin çevriliş adlandırdıqları əməllə iyul ayında demək olar ki, bütün səlahiyyətləri ələ keçirib.

O, uzun illər davam edən siyasi çəkişmələrdən və iqtisadi durğunluqdan sonra hökumətin iflicinə son qoymağın yeganə həll yolu kimi hakimiyyəti ələ keçirməsini müdafiə edib və 2011-ci il inqilabında qazanılan hüquq və azadlıqları müdafiə edəcəyinə söz verib.

XS
SM
MD
LG