Accessibility links

Blinken: “Dünya Ukrayna xalqının cəsarəti və qətiyyətinə şahid oldu”


Antoni Blinken
Antoni Blinken

Dövlət katibi Antoni Blinken Moskvanın Ukraynaya təcavüzünün 100-cü günü ilə bağlı bəyanatında bildirib ki, dünya bu aylar ərzində “ölkəsi uğrunda döyüşən Ukrayna xalqının öz cəsarəti və qətiyyətinə şahid olub.”

ABŞ-ın xarici siyasət rəhbəri vurğulayıb ki, ABŞ fevralın sonunda bəri “Ukraynanı təhlükəsizlik sahəsində, eləcə də humanitar və iqtisadi sahələrdə 6.3 milyard dollar yardımla təmin edib.”

Antoni Blinken ABŞ Prezidenti Co Baydendən sitat gətirərək deyib ki, “Bizim məqsədimiz sadədir: Birləşmiş Ştatlar gələcək təcavüzdən çəkindirmə və müdafiə tədbirləri ilə demokratik, müstəqil, suveren və firavan Ukrayna görmək istəyir.”

“Nə ABŞ, nə də müttəfiq və tərəfdaşlarımız Rusiyaya zərər vermək üçün müharibəni uzatmağa çalışmır,” Blinken bildirib. “Bizim düşmənimiz olmayan və müharibənin davam etməsinin və repressiyaların artmasının səbəb olacağından daha yaxşı gələcəyə layiq olan Rusiya vətəndaşlarına böyük hörmətimiz var.”

“Biz bir daha prezident Putini bu münaqişəyə və onun başlatdığı müharibənin səbəb olduğu bütün əzablara və qlobal təlatümlərə dərhal son qoymağa çağırırıq,” dövlət katibi bildirib.

Antoni Blinken ukraynalılara müraciət edərək vurğulayıb: “Biz sizin suverenliyinizi və ərazi bütövlüyünü qorumağınıza kömək edəcəyik və bu müharibə başa çatdıqdan sonra (ölkəni) yenidən qurmağınıza kömək edəcəyik. Ukrayna qalib gələcək.”

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG