Accessibility links

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə görüşüb


ABŞ dövlət katibi Antoni Blinken Ukrayna prezidenti Volodimir Zelenskiyə deyib ki, Rusiya-Ukrayna sərhədində diplomatiyadan istifadə etmək və münaqişənin gərginliyini azaltmaq üçün “açıq imkan” var, lakin Rusiya Ukraynaya qarşı təcavüzü bərpa edərsə, “çox ağır nəticələrlə” üzləşəcək.

Blinken Zelenski ilə Kyivdə görüşünə başlayarkən “Bu gün Ukraynanın sərhədləri yaxınlığında 100 minə yaxın rus əsgəri var və bu, Ukrayna üçün görünməmiş bir təhlükədir” deyib.

ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təkrar edən Blinken "özlərinin və bu ölkənin gələcəyi ilə bağlı heç kim deyil, yalnız ukraynalılar qərar verməlidir" - deyə, o bildirib.

Zelenski Blinkenə və Bayden administrasiyasına Ukraynaya hərbi yardımı artırdıqlarına görə təşəkkür edib.

ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi çərşənbə günü jurnalistlərlə görüşü zamanı Bayden administrasiyasının keçən ay Ukraynaya əlavə 200 milyon dollarlıq təhlükəsizlik yardımını təsdiqlədiyini deyib.

Ukrayna lideri ilə danışıqlardan əvvəl Blinken ABŞ-ın Kyivdəki səfirliyinin əməkdaşları qarşısında çıxış edərək deyib ki, o, gərginliyin azaldılması səylərinin “diplomatik və dinc yolda” qala biləcəyinə ümid edir, lakin son nəticədə bu, Rusiya prezidenti Vladimir Putindən asılıdır.

Blinken dünyanın baş verənləri izlədiyini, həm artıq Rusiyanın atdığı addımları, həm də onun gələcək təcavüz təhlükəsinin “bütün beynəlxalq sistemin təməlini qoyan çox əsas prinsiplərə” meydan oxuduğunu gördüyünü deyib.

Blinken “Biz Rusiya üçün iki yol olduğunu aydınlaşdırmağa çalışdıq. Diplomatiya və dialoq yolu var ki, bununla hər hansı fikir ayrılıqlarını diplomatiya yolu ilə, sülh yolu ilə həll etməyə cəhd etmək olar. Aydındır ki, ən məsuliyyətli yol bizim üstünlük verdiyimiz yoldur. Lakin Rusiya təcavüzü bərpa etməyi seçərsə, bunun Rusiya üçün nəticələri də olacaq” deyib.

Rusiya Ukraynaya qarşı sərt ritorikasını davam etdirərək, keçən həftənin sonu hərbi qüvvələrini Belarusa köçürüb.

“Biz indi Rusiyanın istənilən anda Ukraynaya hücum edə biləcəyi bir mərhələdəyik” - deyə, Dövlət Departamentinin yüksək səviyyəli rəsmisi çərşənbə axşamı brifinq zamanı jurnalistlərə bildirtib.

Cümə günü Cenevrədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı Blinken Rusiyanı “sərhəddəki gərginliyi azaltmaq üçün təcili addımlar atmağa” çağırmağa hazırlaşır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG