ABŞ dövlət katibi Antoni Blinken bu həftə Vyetnam və Yaponiyaya səfər edəcək.
Təhlilçilərin fikrincə, Blinkenin ABŞ diplomatı kimi Vyetnama ilk səfəri iki ölkənin hazırkı liderlərinin bir-birinin paytaxtlarına çox ehtimal ki, bu il ilk rəsmi səfərlərinin nəzərdən keçirildiyi vaxt baş verir.
Vyetnamdan sonra Blinken aprelin 16-da Yaponiyaya səfər edərək orada sənayesi inkişaf etmiş ölkələrin Böyük Yeddilər qrupunun xarici işlər nazirləri ilə Naqano prefekturasının Karuizava şəhərində mühüm təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Bu il ABŞ-Vyetnam Hərtərəfli Tərəfdaşlığının 10 ili tamam olur. İki ölkə əlaqələri növbəti strateji tərəfdaşlıq səviyyəsinə necə yüksəldilməsini müzakirə edir.
"Bizim təhlükəsizlik əlaqələrimiz çox möhkəmdir," Dövlət katibinin Şərqi Asiya və Sakit Okean məsələləri üzrə köməkçisi Daniel Kritenbrink bazar ertəsi telefon brifinqində jurnalistlərə ABŞ dəniz gəmilərinin səfərlərinə və Vyetnam ordusuna təhlükəsizlik yardımına istinad edərək deyib.
ABŞ Vyetnamın bir nömrəli ixrac bazarıdır. Vyetnam ABŞ-ın malların həcminə görə səkkizinci ən böyük ticarət tərəfdaşıdır.
Blinkenin Hanoyda yüksək səviyyəli Vyetnam rəsmiləri ilə görüşü ABŞ prezidenti Co Bayden və Vyetnamın hakim Kommunist Partiyasının rəhbəri Nquyen Fu Tron arasında martın 29-da iki liderin ikitərəfli əlaqələri genişləndirmək barədə razılığa gəldiyi telefon danışığından sonra keçirilir.
Vyetnam digər ölkələrlə üç səviyyəli diplomatik əlaqələr saxlayır: Hərtərəfli Tərəfdaşlıq, Strateji Tərəfdaşlıq və Hərtərəfli Strateji Tərəfdaşlıq. Birləşmiş Ştatlar hazırda Hanoy üçün üçüncü səviyyəli tərəfdaş kimi sırasındadır. Çin və Rusiya Vyetnamla yüksək səviyyəli əlaqələr saxlayan ölkələr sırasındadır.
Tron keçən ilin oktyabrında Çin prezidenti Şi Tsinpinin Çin Kommunist Partiyasının lideri kimi üçüncü dönəminin başlamasından sonra Pekinə səfər edən ilk xarici liderlərdən biri olub.
Vyetnam müstəqil xarici siyasət aparır. Hanoy artan gərginlik və geosiyasi rəqabət şəraitində Vaşinqton və Pekin arasında tərəf seçmək istəmədiyini açıq şəkildə bildirib.
Lakin bir neçə ildir ki, Cənub-Şərqi Asiya ölkəsi Çindən gələn reaksiyalar fonunda ABŞ-la əlaqələrini strateji tərəfdaşlığa yüksəltməkdən çəkinir.
Blinken Hanoyda olarkən ABŞ-ın Hanoyda yeni səfirliyinin tikintisinin rəsmi başlanmasının təməlqoyma mərasimində iştirak edəcək.