Accessibility links

İnternet istifadəçilərinin bilməli olduqları yeni termin - Blockchain [Video]


İnternet istifadəçilərinin bilməli olduqları yeni termin - Blockchain
please wait

No media source currently available

0:00 0:02:01 0:00

İngilis dilində bütün İnternet istifadəçilərinin öyrənməli olduqları yeni söz yaranıb. “Blockchain” sözü qlobal maliyyə köçürmələrinin yeni mərhələsini müəyyən edə bilər. “Kompüter” və “İnternet” sözləri kimi tərcümə edilə bilmədiyindən, “blockchain” beynəlxalq bir termin kimi qəbul edilir.

Dekabrın ilk həftəsi dünya maliyyə bazarı 2009-cu ildə yaranan ən tanınmış virtual valyuta olan bitcoin-in dəyərinin sürətli artımını təəccüblə qarşılayıb.

Bitcoin kimi elektron pullar haqqında insanların narahatlığı ondan ibarətdir ki, İnternetdə olan hər şey kimi bu valyutanın da oğurlanma ehtimalı var.

Amma bitcoin dəstəkçiləri bildirirlər ki, köçürmələrin qeydə alınmasına cavabdeh mərkəzsizləşdirilmiş sistem olan blockchain sayəsində belə müdaxilələr mümkün olmayacaq.

“Bunu stəkan nümunəsi ilə izah etmək olar. Təsəvvür edin mənim bir stəkanım var və mən onu sizə verirəm. Siz onu götürürsünüz və məndə artıq stəkan olmur. Eyşi şeyi İnternetdə etmək mümkündürmü? Sual budur.”

Dəfələrlə surəti çıxarıla və paylaşıla bilən rəqəmsal fotolardan fərqli olaraq, blockchain nəzarət edir ki, yalnız bir insan həmin şərti stəkana sahib olsun.

Ənənəvi bank sistemi ilə müqayisədə, burada müdaxilə edilə biləcək mərkəzi kompüter yoxdur. Çünki blockchain-də olan bütün kompüterlər köçürmələri qeydə almaqla bərabər nəhəng mərkəzsizləşdirilmiş sistem yaradır.

“Mərkəzsizləşdirilmiş modeldə bizim imkanımız var ki, pulun yaranması, onun paylanılması, ona nəzarət edilməsi və hətta dəyərinin müəyyən edilməsi mexanizmini tamaməli yenidən quraq.”

Lakin blockchain-in əhəmiyyətli ola biləcəyi sahələr bitcoin və maliyyə köçürmələrilə bitmir.

“Blockchain çoxlu sahələrdə tətbiq edilə bilər. O, məhsulların daşınmasını izləyə, ya da ki, şəhərdə baş verən müxtəlif prosesləri izləməyə kömək edə bilər. Bu inqilabi texnologiyadır və insanlar indi bunun haqqında çox danışırlar.”

Çoxları 5-10 ilə blockchain-in online təhlükəsizlik, saxta məhsulların müəyyən edilməsi və müxtəlif köçürmələri qeydə almaqda əsas rol oynayacağını güman edir.

XS
SM
MD
LG