Accessibility links

İranlı bloqer həbsxanada müəmmalı şəkildə ölüb


Evin həbsxanası
Evin həbsxanası

İran polisi 35 yaşlı bloqeri milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandıraraq həbs etmişdi

İranlı bloqer Səttar Beheşti həbsxanada ölüb.

APA agentliyinin məlumatına görə, onun ölümü həbsindən bir həftə sonraya təsadüf edib.

İran polisi 35 yaşlı bloqeri öz bloqunda, sosial mediada, xüsusilə “Facebook”da ictimai-siyasi məsələlərlə bağlı yazdıqlarına görə milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandıraraq həbs etmişdi. S. Beheştinin harada və necə öldüyü məlum deyil. Bloqerin cəsədi çərşənbə günü ailəsinə təhvil verilib. Hələlik İran rəsmiləri hadisə ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Qeyd edək ki Tehranın Evin həbsxanasında bir gün saxlanılan S. Beheşti ona qarşı kobud rəftar edildiyinə dair həbsxana rəsmilərinə şikayət məktubu yazdıqdan sonra naməlum bir yerə aparılıb.

“Sərhədsiz Reportyorlarr” təşkilatı İran rəsmilərinin S. Beheshtinin tam olaraq necə öldüyü ilə bağlı açıqlama verməsini və dünya ictimaiyyətinin də bu cinayətin cəzasız qalmasına icazə verməməsini istəyib.

Fransa və Böyük Britaniya da S. Beheştinin ölümü haqqında daha çox məlumat istəsə də, İran rəsmiləri hələ heç bir şərh verməyib.
XS
SM
MD
LG