Accessibility links

Bloger işgəncə ilə bağlı prokurorluqda dindirilib


Mehman Hüseynov
Mehman Hüseynov

Bloger Mehman Hüseynov yanvarın 12-də, saat 16.20-dən 19.30-dək Bakı şəhər Prokurorluğunda işgəncə faktı ilə bağlı ifadə verib. Onu müstəntiq Hafiz Aliyev zərərçəkən qismində dindirib.

Bu barədə Mehman Hüseynovun özü Amerikanın Səsinə bildirib.

Dindirmə Mehman Hüseynovun işgəncəyə məruz qalması ilə bağlı müraciəti əsasında aparılıb.

Bununla yanaşı, Daxili İşlər Nazirliyi (DİN) Baş Prokurorluq qarşısında Mehman Hüseynovla bağlı vəsatət qaldırıb.

DİN-in mətbuat xidmətinin məlumatına görə, Mehman Hüseynov polisi ağır cinayətdə ittiham etməklə böhtan atıb, bu səbəbdən DİN onun əməlinə hüquqi qiymət verilməsini istəyir.

Məlumatda deyilir ki, bu il yanvarın 9-da saat 19.45 radələrində paytaxtın Nəsimi rayonunun Mərdanov Qardaşları və Həzi Aslanov küçələrinin kəsişməsində iki nəfərin ictimai qaydanı pozaraq ətrafdakı şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi barədə ərazidə xidmət aparan post-patrul xidmətinin əməkdaşlarına məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, qanunsuz hərəkətlərini davam etdiriblər. Rayon polis idarəsinə gətirilən bu şəxslərin Bakı şəhər sakinləri Mehman Hüseynov və Əkrəm Təhməzov olmaları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinə əsasən tutma tətbiq olunub:

“Yanvarın 10-da Ə.Təhməzov və M.Hüseynov haqqında İnzibati Xətalar Məcəlləsinin 535.1-ci – polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddəsi ilə protokol tərtib edilib və onlar toplanmış materiallarla birlikdə məhkəməyə göndəriliblər. Məhkəmənin qərarı ilə Ə.Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs olunub, M.Hüseynov isə 200 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb. Lakin M.Hüseynov mətbuat nümayəndələrinə verdiyi açıqlamalarda polis əməkdaşları tərəfindən oğurlanması, azadlığının qanunsuz məhdudlaşdırılması, işgəncələrə məruz qalması, o cümlədən ona fiziki ağrı və psixi iztirab verilməsi barədə ictimaiyyəti çaşdırmaq və polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıyan əsassız iddialar səsləndirib”, mətbuat xidməti bildirib.

Mehman Hüseynov açıqlamasında bir neçə polis əməkdaşının hücumuna məruz qaldığını, polis bölməsində işgəncəyə məruz qaldığını və təhqir edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG