Accessibility links

Həbs edilmiş bloger istintaq təcridxanasına köçürülüb


Rəşad Həqiqət Agaaddin
Rəşad Həqiqət Agaaddin

RATİ blogerin dərhal azadlığa buraxılmasını tələb edir, işgəncə halını pisləyir

10 gündən çox Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ) saxlanılan filosof, bloger Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaddin) mayın 20-də Bakı istintaq təcridxanasına köçürülüb.

Bu barədə Amerikanın Səsinə vəkili Rövşən Şirəliyev bildirib.

Müdafiə tərəfi hesab edir ki, Ramazanov qanunsuz olaraq BMCMİ-də saxlanıb və işgəncələrə məruz qalıb.

Ramazanov mayın 9-da qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib.

O, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini kəskin tənqid etməsi ilə məşhurdur.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) həbs edilmiş bloger Rəşad Ramazanova qarşı işgəncə haqqında məlumatla bağlı narahatlığını bildirib.
RATİ Ramazanovun sosial şəbəkələrdə ifadə etdiyi fikirlərinə görə həbs edildiyini hesab edir və hakimiyyəti blogeri dərhal azad etməyə çağırır.

RATİ həmçinin blogerə qarşı zorakılıq faktlarının araşdırılmasını və təqsirkarların cəzalandırılmasını tələb edir, habelə Avropa Şurası, ATƏT və digər təşkilatları rəsmi Bakının insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməsi üçün ona təsir göstərməyə çağırır.
XS
SM
MD
LG