Accessibility links

Tehran prokurorluğu blogerin işgəncələrdən ölməsi faktını təsdiqləyib


Evin həbsxanası
Evin həbsxanası

Səttar Behişti bədəninin həssas nöqtələrinə zərbə vurulması nəticəsində şok keçirib və bu da onun ölümünə gətirib çıxarıb

Tehran prokurorluğu həbsindən bir həftə sonra həbsxanada müəmmalı şəkildə ölən iranlı bloger Səttar Behişti ilə bağlı rəsmi açıqlama yayıb.

APA agentliyinin məlumatına görə, aparılan araşdırmalar nəticəsində blogerin işgəncədən öldüyü öz təsdiqini tapıb.

“Belə ki, Səttar Behişti bədəninin həssas nöqtələrinə zərbə vurulması nəticəsində şok keçirib və bu da onun ölümünə gətirib çıxarıb. Hazırda Səttar Behiştinin saxlanıldığı həbsxanada çalışan vəzifəli məmurlarla bağlı araşdırmalar davam etdirilir, iranlı blogerin ölümündə məsul olan şəxslər haqqında istintaq aparılır və bəzi məmurlar da həbs olunaraq məhkəməyə təqdim edilib”.

Qeyd edək ki, İran kiber polisi 35 yaşlı blogeri öz bloqunda, sosial mediada, xüsusilə “facebook”da ictimai-siyasi məsələlərlə bağlı yazdıqlarına görə milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə günahlandıraraq oktyabrın 30-da öz evində həbs etmişdi. Tehranın Evin həbsxanasında bir gün saxlanılan S.Behişti ona qarşı kobud rəftar edildiyinə dair həbsxana rəsmilərinə şikayət məktubu yazdıqdan sonra naməlum bir yerə aparılıb.
XS
SM
MD
LG