“Makkeyn orijinal və ikonik Amerikan idi. Onun əfsanəvi püskürtüsü, qızmar səmimiyyəti var idi. Bir vaxtlar olduğu matros kimi söyüş söyər, dostları və qanunverici yoldaşları ilə bərabər kazinoda gecəyarıyadək vaxt keçirərdi. O, hər iki partiyanın üzvləri ilə toqquşar, tənqidçilərinə məhəl qoymazdı. Sevimli deyimi o idi ki, hərçənd ki, heç kəs onu Miss Kainatla çaşbaş salmazdı, heç kəs onu üzüyolalıqda ittiham edə bilməzdi. Siyasi instinktləri qüsursuz deyildi, ancaq prinsiplərindən heç vaxt çəkilməzdi. 2008-ci ildə uğursuz prezident kampaniyasına seçdiyi “Birinci Vətən” devizi ömrünün axırınadək aktuallığını qoruyub saxladı,” Times jurnali Senator Con Makkeynin Amerika üçün şəxsiyyət olaraq dəyərini təsvir edir.

Vyetnamlıların sərbəst buraxılmaq təklifini tədd edəndə, o, intensiv işgəncələrə məruz qalacağından agah idi. Amma o, bunu etdi. Onun şərəf haqda anlayışı başqa seçim qoymurdu

Avqustun 25-də vəfat edən 81 yaşlı Senator Con Makkeyn ABŞ ali qanunverici palatası olan Senatın 100 üzvündən bir idi. Ancaq onun Amerikanın siyasi həyatındakı rolu hətta dünyanın ən eksklüsiv klubu adlanan Senata üzvlüyü də xeyli adlayırdı. Əksər amerikalıların nəzərində Makkeyn təkcə senator, yaxud prezidentliyə namizəd deyildi. O, Amerika xarakterini, düşüncəsini və əzəmətini özündə əks etdirən bir lider idi.

Hərbi pilot, müharibə əsiri, senator və prezidentliyə namizəd olaraq Makkeyn haqda çox yazılıb. Lakin təhlilçi Ceffri Qoldberqin Makkeyn haqda hisslərini ifadə etmək üçün seçdiyi bir meyar xüsusi diqqət cəlb edir.

“Biz tez-tez Holokost haqda, onun bizə qoyub getdiyi dərslər haqda danışar, müzakirələr aparardıq. O dedi ki, post-Holokost dünyasında bütün sivil millətlər və onların hökumətləri soyqırım törədən liderlərə qarşı barışmaz mövqe sərgiləməlidirlər. Onun sözlərinə görə Holokostun başlıca dərsi bu idi,” Qoldberq yazır.
Hanoy səmasında bombardmançı missiyasını yerinə yetirərkən vurularaq əsir götürülmüş Con Makkeyn hospitalda ilkin müayinədən keçir. 26 oktyabr, 1967. Qarşıda Makkeyni beş illik əsir həyatı gözləyirdi.
Hanoy səmasında bombardmançı missiyasını yerinə yetirərkən vurularaq əsir götürülmüş Con Makkeyn hospitalda ilkin müayinədən keçir. 26 oktyabr, 1967. Qarşıda Makkeyni beş illik əsir həyatı gözləyirdi.
Bu xüsusda müəllif Makkeynə onun Ann Frank testindən asanlıqla keçə biləcəyini söylədi. Yəqin siz də həmin vaxt Makkeyn kimi Ann Frank testinin nə olduğunu bilmirsiniz. Söhbət İkinci Dünya müharibəsi zamanı Hollandiyada tanışların köməyi sayəsində bir müddət nasistlərdən gizlənmiş, lakin ələ keçirildikdən sonra konsentrasiya düşərgəsində vəfat etmiş məşhur gündəlik müəllifi olan qızcığazdan gedir.


“Bu, mənim 40 il öncə Holokostdan sağ qurtulmuş bir şəxsdən öyrəndiyim və sadəcə bir sualdan ibarət testdir “Əgər nasistlər nə vaxtsa qayıtsaydı, qeyri-yəhudi dostlarınızdan hansı öz həyatını riskə qoyaraq sizi xilas edərdi?”

Nasistlərin Avropa yəhudilərini qırmağa yönəlik kampaniyasının qurbanı olan Ann Frank öz gündəliyində zülmün balaca uşaq həyatında buraxdığı izləri sənədləşdirmişdi.
Nasistlərin Avropa yəhudilərini qırmağa yönəlik kampaniyasının qurbanı olan Ann Frank öz gündəliyində zülmün balaca uşaq həyatında buraxdığı izləri sənədləşdirmişdi.
Kifayət qədər sadə sualdır. Amma o faktı nəzərə alanda ki, etnik azlığı yer üzündən silməyi qarşısına hədəf kimi qoymuş bir rejimin təhdidi qarşısında Avropada çoxları tarixin bu imtahanından üzüqara çıxdı, sual kifayət qədər aktualdır. Və insan xisləti haqda çox şeyi deyir.


Makkeynin komplimentə cavabı maraqlı idi: “Mən düşünmək istərdim ki, ən ağır anlarda düzgün seçimi edərəm, ancaq adam imtahana çəkilənədək bilmir.”

Qoldberq üçün bu cavab “absurd” səslənirdi. Öz sözlərinə görə “çox az adam Con Makkeyn kimi imtahana çəkilib, olduqca az adam Makkeyn kimi bu imtahandan üzüağ çıxıb.”

Vətənə qayıtdıqdan az sonra Leytenant-Komandir Makkeyn Prezident Riçard Niksonla görüşür. 25 may, 1973. (AP Foto).
Vətənə qayıtdıqdan az sonra Leytenant-Komandir Makkeyn Prezident Riçard Niksonla görüşür. 25 may, 1973. (AP Foto).

Yüksək rütbəli admiralın oğlu olaraq Vyetnamda əsir düşəndə düşmənləri Makkeyni buraxmaqla Amerika üzərində propaqanda qələbəsi qazanacaqlarına ümid edirdilər. Makkeyn isə fərqli düşünürdü. O, vaxtından əvvəl, növbədənkənar (həmin vaxt əsirlər çəkdikləri cəza müddətinə uyğun olaraq sıralı qaydada azad olunurdu) azad olmaq təklifini rədd etdi.

“Vyetnamlıların təklifini tədd edəndə, o, intensiv işgəncələrə məruz qalacağından agah idi. Amma o, bunu etdi. Onun şərəf haqda anlayışı başqa seçim qoymurdu,” Qoldberq söhbəti xatırlayır.

Respublikaçı Senator olaraq Makkeyn tez-tez Demokrat həmkarları birgə layihələr üzərində işləyər və siyasi müxalifətin nümayəndələri ilə sıx dostluq əlaqələri qurardı.
Respublikaçı Senator olaraq Makkeyn tez-tez Demokrat həmkarları birgə layihələr üzərində işləyər və siyasi müxalifətin nümayəndələri ilə sıx dostluq əlaqələri qurardı.

Makkeynin həmin anlar barədə təvazökar ton sərgiləyir: “Mən həyatımda kifayət qədər səhvlər etmişəm ki, bunun həmişə seçim olduğunu dərk edim. Mən inanmaq istərdim ki, nə lazımdırsa onu da edərdim, ancaq qorxu insanı dəhşətli əməllərə vadar edir.”

Senatorun birmənalı şəkildə keçirdiyi hisləri ifadə etməməsinə tab gətirməyən Qoldberq dillənir: “Mən əminəm ki, siz Ann Frankı xilas etmək üçün nasistləri öldürərdiniz”.

“Bu mənim üçün şərəf və imtiyaz olard,” deyə Makkeyn nəhayət gülümsəyir.

Prezidentliyə namizəd Con Makkeyn sonuncu seçki debatında rəqibi Barak Obamanı nəlini sıxır. Hofstra Universiteti, Hemsptead, Nyu York. 15 oktyabr, 2008. (REUTERS/Jim Young)
Prezidentliyə namizəd Con Makkeyn sonuncu seçki debatında rəqibi Barak Obamanı nəlini sıxır. Hofstra Universiteti, Hemsptead, Nyu York. 15 oktyabr, 2008. (REUTERS/Jim Young)
Senator Makkeyn ABŞ siyasi rəhbərliyində hərbi qüvvədən istifadə edilməsinə meylli şəxslərdən biri kimi tanınırdı. Bəlkə də Makkeynin dünyagörüşü haqda ən düzgün təsviri Senatorun dəfn mərasimindəki nitqində Prezident Corc W Buş vermişdi:


“Bu cəsarət və dürüstlük Amerika hərbi qüdrətini tarixdə yeni bir şeyə çevirib – xeyirin tərəfində dayana qüvvə. Bu cəsarət və dürüstlük idi ki, Amerikanı tarixi bir səyahətə çıxarmışdı – ölüm düşərgələrinin azad edilməsi, ekstremizmə qarşı mübarizədə sayıqlıq, yalnız azadlıqdan doğan həqiqi sülh uğrunda çalışmaq”

"O, azadlığı ürəkdən sevirdi - elə bir şövqlə ki, onu yalnız bir dəfə itirmiş adam dərk edə bilər"- Corc W. Buş, dəfn mərasimindəki nitq.
"O, azadlığı ürəkdən sevirdi - elə bir şövqlə ki, onu yalnız bir dəfə itirmiş adam dərk edə bilər"- Corc W. Buş, dəfn mərasimindəki nitq.
Makkeynin keçmişi və fəlsəfəsi haqda az məlumatı olan adamların nəzərində o, militarist təmayüllü siyasətçi idi. Ancaq həqiqət, Qoldberqin yazdığı kimi, daha mürəkkəb idi.


“Mən Səddama nifrət edirdim,” deyə Makkeyn 2003-cü ildə İraqa hərbi müdaxiləyə verdiyi dəstəyi izah edir. “O, qətl vasitəsilə insanları idarə edirdi. Bəs biz Hitlerdən öyrənmədik ki, adamların bu cür özbaşınalığına imkan vermək olmaz?”

Vətənpərvər amerikalılar sevimli siyasi liderləri ilə vidalaşmağa gəliblər.
Vətənpərvər amerikalılar sevimli siyasi liderləri ilə vidalaşmağa gəliblər.

İraq müharibəsindən sonra baş qaldıran qanlı münaqişə və zorakılıqlar Makkeyndə dərin iz buraxmışdı. Lakin o, günahın böyük hissəsini hərbi əməliyyatı sonadək uğurla yerinə yetirməkdə borclu olan, lakin bu işdə səriştəsizlik nümayiş etdirən Pentaqon rəhbərliyində, konkret olaraq Müdafiə Naziri Donald Ramsfelddə görürdü. Makkeynin anlamında Səddamdan azad edilmiş İraq bütün Yaxın Şərq üçün bir demokratiya nümunəsinə çevrilməli id.

“Makkeynin zəif adamlar üzərində acizəzalımlıq edən diktatorlara dərin antipatiyası vardı,” Qoldberq yazır. Bu xüsusda Senator Makkeynlə Prezident Barak Obama arasında Putin Rusiyasına gəldikdə ciddi fikir ayrılığı mövcud idi.

Con Makkeynin dəfn mərasimində üç sabiq prezident və dövlətin görkəmli siyasi-ictimai xadimləri toplaşmışdı.
Con Makkeynin dəfn mərasimində üç sabiq prezident və dövlətin görkəmli siyasi-ictimai xadimləri toplaşmışdı.

Obama Ukrayanda baş verənlərə daha ehtiyatlı mövqe sərgiləməyə, Putinə əlavə provokasiya üçün bəhanə verməməyə üstünlük veririd. Makkeynin nəzərində isə Putin kimi liderlər yalnız güc dilini dərk edirdi və onlarla məhz bu dildə danışılmalı idi. O baxımdan Makkeyn Rusiyaya qarşı vuruşan Ukraynaya güclü hərbi yardım göstərilməsinin tərəfdarı idi.

“Adamlar öz azadlıqları uğrunda vuruşanda biz onlarla çiyin-çiyinə dayanmalıyıq,” Makkeyn deyirdi. “Dünyada haradasa həmişə bir Putin var, və bizim vəzifəmiz Tanrının bizə verdiyi var gücümüzlə onlara qaşı çıxmaqdır.”