Accessibility links

Nyu York ştatı şəkərli içkilərə qadağanın qüvvəyə minməsi üçün kampaniyanı davam etdirir


Nyu York şəhərinin meri Maykl Blumberq hakimin böyük həcmdə şəkərli spirtsiz içkilərin satışına dair onun tətbiq etdiyi qadağaya qarşı çıxardığı hökmlə əlaqədar apellyasiya məhkəməsinə müraciət edəcəyini deyib.

Qadağanın qüvvəyə minməsinə bir neçə saat qalmış ştatın hakimi onun özbaşına çıxarıldığını deyərək, onun ləğv edilməsi haqda qərar verib. O eyni zamanda şəhərin səhiyyə məsələləri üzrə idarə heyyətinin restoranlar, kinoteatrlar və qəlyanaltı kimi yerlərdə böyük həcmdə spirtsiz şəkərli içkilərin satışını dayandırmasına səlahiyyəti olmadığını deyib.

Cənab Blumberq şəhər məhkəməsinin səhv qərar çıxardığını və ali məhkəmədə qadağanın dəstəklənəcəyinə əmin olduğunu deyib.

Blumberq idarəsi restoranlarda siqaret çəkilməsinə qadağa qoyulması və kalori miqdarının göstərilməsi kimi insanların sağlamlığı ilə bağlı digər qanunları məhkəmədə müvəffəqiyyətlə müdafiə edə bilib.
XS
SM
MD
LG