Accessibility links

BMT: Suriyalı oğlan və kişilər cinsi təcavüz qurbanlarıdır


BMT-nin qaçqın agentliyinin hesabatında Suriyada və qonşu ölkələrdə sığınacaq axtaran kişi və oğlanlara qarşı şokdoğuran dəlilllər əldə edildiyi bildirilir.

Araşdırmaların nəticələrinə görə, onların məruz qaldığı seksual təcavüzlər düşünüldüyündən qat-qat çoxdur.

Hesabatda deyilir ki, 10-la 80 yaş arasındakı homoseksuallar, biseksuallar, transgenderlər və hermafroditlərə qarşı təcavüzlərin sayı daha artıqdır.

BMT-nin sözçüsü Andrey Mahecicin bildirdiyinə görə, Suriyada kişi və oğlanlara qarşı təcavüz bütün döyüşən tərəflər tərəfindən həyata keçirilir. Suriyada bundan müharibə əlatə kimi istifadə edilir.

​O, Amerikanın Səsinə bildirib ki, zorakılıq qurbanlarından biri onun və digər 80 nəfərin çox kiçik kamearalrda 30 gün ərzində işıqsız saxlandığını deyib.

“Onlar lüt soyundurulur, cinsi orqanlarına elektroşoklar verilirdi" deyə, həmin şəxs bildirib.

Araşdırmalardan məlum olub ki, qaçqın oğlanlar çox hallarda digər qaçqınlar və yerli icmaların kişiləri tərəfindən zorlanıb. Uşaq əməyi istismarının qurbanı olan azyaşlı oğlanlar da böyülk risk qarşısındadır.

Mahecic qara bazarlar və qeyri-rəsmi sektorlarda çalışan oğlan və kişilərin cinsi istismar və şantaj qurbanı olduğunu deyib.

“Biz qaçqın oğlan və kişilərlə keçirdiyimiz müsahibələr zamanı onların işə götürənlər tərəfindən həzz aldqları müəyyən cinsi əlaqələr müqabilində maaş aldıqlarını öyrənmişik" - deyə, o bildirib.

Mahecic zorlama, təcavüz və zorakılıqlar haqda şikayətlərin stiqma səbəbi ilə gizlədildiyini deyib.

XS
SM
MD
LG