Accessibility links

Portuqaliyanın keçmiş baş naziri Antonio Quterreş BMT-nin yeni baş katibi olacaq


Portuqaliyanın keçmiş baş naziri Antonio Quterreş qeyri-rəsmi olaraq BMT-nin yeni baş katibi seçilib. Onun növbəti günlər rəsmən təsdiq ediləcəyi gözlənilir.

BMT Təhlükəsizlik Şurasında çərşənbə günü həlledici səsvermə zamanı veteran siyasətçi və diplomatın namizədliyinə 13 lehinə səs verilib, əleyhinə səs verilməyib və iki səs fikir bildirməyib.

“Bu gün artıq favoritimiz var və bu, Antonio Quterreşdir”-deyə Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin şuranın prezidenti kimi elan edib. Şuranın digər səfirlərinin mikrofon qarşısında olan Rusiya diplomatını əhatə etməsi gözlənilməz bir addım kimi dəyərləndirilir.

“Biz sabah saat 10-da rəsmi səsvermə keçirməyə qərar verdik. Ümid edirik ki, bu, yekdil razılıqla həll olacaq”-deyə Çurkin əlavə edib.

Çərşənbə günü keçirilmiş qeyri-rəsmi səsvermə böyük əhəmiyyət kəsb edir, çünki bu, ilk dəfədir ki, Təhlükəsizlik Şurasının veto hüququna malik bütün beş daimi üzvü namizədlərin veto olunduğunu göstərən rəngli səsvermə bülletenlərindən istifadə edib. Quterreş veto almayaraq, üstünlük qazanmaq üçün lazım olan minimum 9 səsi ala bilib.

Cümə axşamı günü şura səsvermə ilə bağlı öz qərarını rəsmiləşdirəcək və onu qətnamə şəklində hazırlayacaq. Bundan sonra qətnamə şuranın seçimini təsdiqləmək üçün 193 üzvü olan Baş Assambleyaya göndəriləcək. Baş Assambleyanın Quterreşin seçilməsini təsdiqləyəcəyi gözlənilir.

67 yaşlı Quterreş 1992-ci ildən 2002-ci ilə qədər Portuqaliyanın baş naziri olub. O, 2005-ci ildən 2015-ci ilə qədər BMT-nin Qaçqınlar Agentliyinin Ali Komissarı vəzifəsində çalışıb.

Antonio Quterreş Amerikanın Səsinə müsahibədə deyib ki, o, BMT-nin baş katibi vəzifəsinə qlobal sınaqlara cavab vermək üçün şəraitin yaradılması məqsədilə seçilmək istəyir.

Quterreş 2017-ci il yanvarın 1-də BMT-nin Baş katibi Pan Gi Munu vəzifəsində əvəz edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG