Accessibility links

BMT Baş Assambleyasının növbəti 5 üzvü səsverməyə çıxarılır


Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası iyunun 11-də 15 ölkədən ibarət olan Təhlükəsizlik Şurasında 5 ölkəyə növbəli yerlər vermək üçün səsvermə keçirəcək.

Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirlikləri iki il müddətinə rəqabətsiz mübarizə aparır. Ancaq müvəffəq olmaq üçün hər birinin gizli səsvermənin üçdə ikisini əldə etməsi lazımdır. Albaniya məclisdə heç vaxt yer almayan yeganə namizəddir.

Ölkələr normal olaraq namizədliklərini bir neçə il əvvəl irəli sürürlər. Ancaq ara-sıra gecikənlər də olur.

Bu il Konqo Demokratik Respublikası may ayında Qabon və Qananın əmin qələbəsinə etiraz etmək qərarına gəlib. Ancaq bu həftənin əvvəlində bölgədən gələn xəbərlərdə ölkə prezidenti Feliks Tşisekedinin təklifindən imtina etdiyi bildirilib.

BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizlik məsələləri ilə məşğul olur. Sülhməramlıların problemli bölgələrə yerləşdirmək və pis niyyətli ölkələrə qarşı sanksiya tətbiq etmək gücünə sahibdir.

Qurumun fəaliyyətlərinə münaqişələrin qarşısını almaq və həll etmk də daxil olsa da, son illər tənqidçilər xüsusən daimi üzvlər - İngiltərə, Çin, Fransa, Rusiya və ABŞ arasındakı fikir ayrılığının diqqətləri təcili mövzulardan yayındırdığını bildirir.

Human Rights Watch-un BMT direktoru Louis Şarbon Amerikanın Səsinə bildirib ki, Təhlükəsizlik Şurasının son böhranlarla bağlı mövqeyi acınacaqlı olub.

"İstər Qəzzadakı müharibə cinayətləri, istərsə də Myanmadakı insan haqlarının pozuntuları və ya Efiopiyanın Tiqray bölgəsindəki vəhşiliklərlə əlaqəli olsun, bəxtiniz gətirsə, ara-sıra narahatlıq bəyanatları səslənir" - deyə, o bildirib.

İllik səsvermə həmişə yüzlərlə diplomatı Baş Assambleya zalına toplayır, burada namizəd ölkələrin aylar boyu davam edən kampaniyalarına son qoyan milli temalı yeməklər paylanır.

Lakin BMT qərargahı COVID-19 pandemiyası tərəfindən ağır zərbə alan Nyu-York şəhərinin mərkəzində yerləşir.

Şəhər yalnız üç həftə əvvəl "yenidən açıldığını" elan edib və Birləşmiş Millətlər Kompleksi daxilində bir neçə sağlamlıq protokolu qüvvədə qalır ki, bu da səsvermə prosesinin yüksək əhval-ruhiyyə ilə keçiriləcəyi ehtimalını azaldır.

Təhlükəsizlik Şurasına namizəd olan mövcud üzvlər- Estoniya, Niger, Saint Vinsent və Qrenadalar, Tunis və Vyetnamı əvəz edəcək. Yeni üzvlər iki illik müddətlərinə yanvarın 1-də başlayacaq. Hindistan, İrlandiya, Keniya, Meksika və Norveç kimi digər beş qeyri-daimi üzv veto hüququna malik beş daimi üzvlə birləşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG