Accessibility links

BMT-nin baş katibi vəzifəsinə seçkilər həlledici mərhələyə qədəm qoyur


BMT-nin baş katibi vəzifəsinə yeni namizədlə bağlı səsvermə davam edətək, həlledici mərhələyə qədəm qoyur.

15 üzvü olan şuraya 193 üzvlük Baş Assambleya tərəfindən təsdiq edilmək üçün yeni namizədin təklif edilməsi həvalə edilib.

İyul ayından başlayaraq şura üzvlərin 10 namizədə dəstəyini müəyyən etmək üçün keçirdiyi beş mərhələli qeyri-rəsmi və gizli səsvermə keçirib.

Beş raundun hər birində Portuqaliyanın sabiq baş naziri, 2005-ci ildən keçən ilin dekabr ayına qədər Qaçqılar üzrə Ali Komissar olmuş Antonio Quterres öndə olub. Lakin onun irəlyə çıxması hələ qələbə demək deyil.

Son mərhələdə Bolqarıstandan Kristalina Georgieva namizədlər sırasına daxil olub.

Avropa İttifaqı Komissiyasının rəsmisi Georgievanın namizədlərdən biri ola biləcəyi haqda uzun zamandır şaiyələr baxmayaraq, o, Bolqarıstan hökumətinin UNESCO rəhbəri İrina Bokovaya artıq dəstək bildirdiyi üçün çətinliklərlə qarşılaşmışdı.

Bokova səsvermə nəticəsində üçüncü yerə çıxmış, lakin bundan sonrakı raundlarda uğursuzluğa uğramışdı.

Bolqarıstan isə Bokovaya dəstəyini geri çəkib, Georgiyevaya dəstək verməyə başlayıb.

Şura bir namizədə qərar verdikdən sonra qapalı səsvermə zamanı öz tövsiyəsini rəsmi qətnamə şəklinə salacaq. Bundan sonra qətnamə şuranın seçimini təsdiqləmək üçün 193 üzvü olan Baş Assambleyaya göndəriləcək. Baş Assambleya isə şuranın seçimini təsdiq edəcək.

Qalib namizəd 2017-ci il yanvar ayının 1-dən Ban Gi Munu vəzifəsində əvəz edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG