Bazar ertəsi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasının açılışı zamanı dünya liderləri çıxış edən zaman bir neçə kvartal aralıda nümayişçilər etiraz aksiyası keçiriblər. Birləşmiş Millətlər Təşkilatının binasının yaxınlığında yerləşən piyadalar üçün xüsusi yerdə hər gün müxtəlif hökümətlərə qarşı nümayişlər keçirilir.
İran prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyası qarşısında çıxış edən zaman etirazçılar əllərində onun böyük ölçüdə karikaturasını nümayiş etdiriblər.
“Biz keçmişi unutmasaq da, yenidən keçmiş hadisələri təkrar yaşamaq istəmirik.”
Amma Delaram Əhmədi deyir ki, onun tanıdığı İran elə keçmişdə yaşayır.
“Birləşmiş Millətlər Təşkilatı dünya ölkələrinin bir araya gəlib dünyanın gələcəyini, eləcə də dünyanı uşaqlar və gənclər üçün daha yaxşı bir yerə çevirməyin yollarını müzakirə etdiyi bir yerdir. Bura Həsən Ruhani və onun rejiminin çıxış etməsi üçün yer deyil.”
Bir qrup isə İranla nüvə razılığına etiraz olaraq geri gedərək yürüş keçirib, çünki onlar dünyanın altı qüdrətli ölkəsinin İrana tərəf geri addım atdığını düşünür.
Biz keçmişi unutmasaq da, yenidən keçmiş hadisələri təkrar yaşamaq istəmirikHəsən Ruhani
“İran insanları edam edir, sazişləri icra etmir.”
Ukraynalılar Rusiyanın ölkələrini işğal etməsinə etiraz ediblər və Rusiya prezidenti Vladimir Putinin çıxışı zamanı onu qınayıblar.
“Övladlarımızı öldürmə. Putin, ölkənə, Rusiyaya geri dön. Ukraynadakı müharibəyə son qoy.”
Misirlilər arasında isə prezident Əbdül Fəttah Əl-Sissi ilə bağlı mübahisə gedib.
“Bu insan iki il əvvəl hərbi çevriliş vasitəsilə Misirdə hakimiyəti ələ keçirib.”
“Bizə ordu indi lazımdır. Bizim ölkəmizi sabitləşdirəcək güclü bir liderə ehtiyacımız var.”
Bu etirazçılar BMT-nin gündəliyini dəyişə bilməyəcəklərini bilir. Lakin onlar səslərinin duyulmasını istəyir.
Bəziləri isə səslərini sükutla çatdırır. Falun Qonq qrupu Çin hökümətinə etirazını meditasiya vasitəsilə bildirib.
Bu insanların çoxunun öz siyasi liderlərini ən yaxından görə biləcəyi yer BMT-nin binası yaxınlığındakı bu yerdir. Amma onlar ümid edir ki, onların səsi BMT-də binasında liderlərin sələri qədər aydın eşidiləcək.