Accessibility links

Bu il Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 yaşı tamam olur


FILE - The renovated Room XX is pictured after the unveiling ceremony at the European headquarters of the United Nations in Geneva, Nov. 18, 2008.
FILE - The renovated Room XX is pictured after the unveiling ceremony at the European headquarters of the United Nations in Geneva, Nov. 18, 2008.

BMT Baş Assambleyasının 1948-ci ilin dekabr ayının 10-da qəbul etdiyi Ümumdünya İnsan Haqları Bəyannaməsinin (ÜİHB) 70 yaşı tamam olacaq. Hazırlıq məqsədi ilə bir illik kampaniya başladıb. Bildirilir ki, bəyannamə 70 il əvvəl olduğunu kimi bu gün də münasibdir.

Bəyannamənin layihəsi Amerikanın birinci xanımı Eleanor Ruzveltin rəhbərliyi ilə müxtəlif ölkələrin insan haqları qruplarının iştirakı ilə Parisdə hazırlanıb.

Sənəd İkinci Dünya Müharibəsi zamanı yol verilən dəhşətli insan haqları pozuntularının təkrarlanmaması mahiyyəti daşıyırdı.

ÜİHB-nin əsas qayəsi ayri-seçkiliyə yol verilməməsi, hər bi şəxsin bərabər və eyni hüquqlara sahib olmasıdır.

BMT-nin İnsan haqları İdarəsinin sözçüsü Rupert Kolvill deyib ki, dünyada insan haqlarına hörmətsizlik prinsiplərə riayət edilməməsi kimi problemlərdən qaynaqlanır.

“Hazırkı durumda problemlərin əksəriyyəti köhnədən qalmadır. Me2 hərəkatına nəzər salsaq, 70 il boyunca qadın hüquqları sahəsindəki inkişaflarla bərabər gözlənilmədən bu hərəkat ortaya çıxdı. Hər kəs başa düşdü ki, hətta ən demokratik ölkələrdə ən privelegiyalı qadınlar belə müxtəlif dəhşətlərlə üzləşir.”

Kolvill deyib ki, insan haqları asanlıqla əldə edilmir, bu, davamlı bir mübarizədir.

İnsan haqları müdafiəçiləri Ümumdünya İnsan Haqları Bəyannaməsin hələ də tutarlı olduğunu desə də, gələcəkdə ifadə azadlığı, İnternet erasının böyüməsi və iqlim dəyişikliyinin ərzaq, su və yaşayışa təhdidləri ilə bəyannamə dəyişiklik tələb edə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG