BMT-də dünya liderləri etirazlarla qarşılanır
Bazar ertəsi Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasının açılışı zamanı dünya liderləri çıxış edən zaman bir neçə kvartal aralıda nümayişçilər etiraz aksiyası keçiriblər. Birləşmiş Millətlər Təşkilatının binasının yaxınlığında yerləşən piyadalar üçün xüsusi yerdə hər gün müxtəlif hökümətlərə qarşı nümayişlər keçirilir.