Accessibility links

BMT-nin Insan Hüquqları Şurası Qəzza münaqişəsi ilə bağlı hesabat yayıb


İsrail BMT-nin Insan Hüquqları Şurasının 2014-cü il Qəzza münaqişəsi ilə bağlı hesabat debatlarını boykot edib.

Şuranın Araşdırma Komissiyası beynəlxalq qanunlar və insan haqlarının pozulmasına dair dəlilləri sənədləşdirib.

Qəzzaya qarşı 7 həftəlik müharibə zamanı əksəriyyəti fələstinlilər olmaqla, 2200-dən çox insan həlak olub.

BMT-nin İnsan Hüquqları Şurasının Araşdırma Komissiyasının sədri Mari Makqovan Devis İsrailin müdafiə qüvvələrinin qeyri-mütənasib və hədəfsiz hücumları barədə məlumat verib.

O, eyni zamanda Fələstinin silahlı qruplaşmalarının da əhalinin sıx yaşadığı bölgələrdən İsrail ərazisinə 4500 raket və minomyot atdığını bildirib.

“Araşdırmalar boyunca İsrail və Fələstin əhalisinin zorakılıqlara məruz qaldığının şahidi olduq. Bu, ötən yay misilsiz bir insan itkisi idi. İsrail və Fələstin qruplaşmalarının beynəlxalq qanunları və insan haqlarının pozulmasına dair dəlillər aşkar etmişik. Bunların bəzisi müharibə cinayətləri sırasında yer ala bilər.”

Hesabatın təqdimatında İsrailin nümayəndə heyətinin iştirak etməməsinə görə çıxış edənlər yalnız fələstinlilər olub. Fələstinlilərin təmsilçisi İbrahim Xraişi hesabatı balanslı adlandırsa da, münaqişənin özünün balanslı şəkildə işıqlandırılmamasını tənqid edib.

“Hesabatda hərbi qabilliyyətlərin fərqi nəzərə alınmayıb. Bir tərəf işğal və zəbt edilən, digər tərəf isə işğalçıdır. İtkilərdə də qeyri-mütənasiblik var.”

Debatlarda ABŞ, Kanada və Avropa İttifaqına üzv olan bir sıra ölkə iştirak etməyib.

İsrailin BMT-dəki səfiri Eviator Manor şuranı qəzəli olmaqda günahlandırıb.

“Bu, İnsan Hüquqları Şurası deyil. Bu, Fəslətinlilərin Hüquqları Şurasıdır. Yəməndə çox sayda insan həlak olub, ölkədə humanitar böhran yaşanır. Bu, Qəzzada ölənlərdən iki dəfə artıqdır. Lakin şura bununla bağlı hələ də heç bir fözqəladə sessiya çağırmayıb.”

Səfir Manor BMT-nin Təhlükəsizlik Şurasının İsrailə qarşı 61 qətnamə, dünyanın qalan ölkələrinə qarşı cəmi 55 qətnamə qəbul etdiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG