Accessibility links

BMT konfransında iqlim müqaviləsinin mətninə dair razılıq əldə edilib


Parisdə BMT-nin İqlim konfransı davam edən zaman QHT nümayəndələri "təmiz planet" şüarı altında aksiya keçirir
Parisdə BMT-nin İqlim konfransı davam edən zaman QHT nümayəndələri "təmiz planet" şüarı altında aksiya keçirir

BMT-nin Parisdə keçirilən İqlim Dəyişikliyi konfransında iştirak edən 195 ölkənin nümayəndələri iqlim dəyişikliyinə dair müqavilənin mətnini təsdiq edib.

Dörd il sürən müzakirələrdən sonra əldə edilən sənədin layihəsində iqlim dəyişikliyinə təsir göstərən istixanə qazlarının havaya tullantılarının nəticələrinin aradan qaldırılması ilə bağlı ölkələrə müxtəlif yolların təklif edilməsini nəzərdə tutur.

Tənqidçilər Parisdə COP21 sammitinin cümə günü bitməsinə qədər hələ də bir sıra məsələlərin həll olmamış qaldığını bildirir. Buraya yeni direktivlər həyata keçirilməsi üçün tələb olunan maliyyənin kim tərəfindən ödənməsi məsələsi daxildir.

Dünyanın inkişaf etməkdə olan 134 ölkəsinin nümayəndələri inkişaf etmiş bəzi ölkələrin maliyyələşdirmə üçün şərtlərin qəbul edilməsi səylərinə etiraz bildirib.

Başqaları isə iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılması üçün maliyyə fondlarına dair mətn daxil olmaqla, yeni təkliflərin hazırlanmasının təkcə inkişaf etmiş ölkələrin məsuliyyəti olmadığını qeyd edib.

Alimlər xəbərdarlıq edir ki, Yer planetində temperatur istiləşdikcə, bunun dəniz səviyyəsinin qalxması, daığdıcı qasırğalar və ciddi quraqlıqlar kimi nəticələrinin insanların həyatına böyük təsiri olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG