Accessibility links

BMT: ABŞ Paris sazişinin bəzi şərtlərinə əməl edəcək


BMT-nin baş katibi Paris iqlim razılığından çıxmasına baxmayaraq, Amerikanın sənəddə nəzərdə tutulan bəzi şərtlərə əməl edəcəyini bildirib.

Antonio Quterres deyib ki, BMT-nin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Maykl Blumberq Amerikanı razı sala bilib. Baş nazir bunu ABŞ-ın bəzi şəhər və ştatlarının yaşıl enerjidən istifadə etməsi ilə izah edib.

Avropa liderləri Paris sazişinə dair öhdəliklərə sadiq qalacaqlarını bildirib. Baxmayaraq ki, ABŞ Böyük Yeddilərin sammaitindən əvvəl sazişdən çıxdığını bəyan edib.

Ötən həftə Berlin görüşündən sonra Almaniya kansleri Angela Merkel müxbirlərə deyib ki, Paris sazişi gələn ay keçiriləcək sammitdə gündəmə gətiriləcək. O, ABŞ-ın Böyük İyirmilərin tərkibində olmasının vacibliyini dilə gətirib.

Fransa prezidenti Emmanuel Makron da eyni bəyanatla çıxış edərək, Avropa liderlərinin sazişlı bağlı ciddi öhdəliklər götürdüyünü vurğulayıb.

Donald Tramp hesab edir ki, bu sazişdə qeyd olunan qaydalar ABŞ-ın iqtisadi inkişafının yavaşlamasına səbəb olacaq.

ABŞ dövlət başçısı Paris sazişinin iqtisadi artıma mane olduğunu, amerikalılara işlərini itirmələrinə səbəb olmaqla yanaşı, fabric və zavodların bağlanmasına yol açdığını deyib.

“Paris sazişinin şərtlərinə əməl edilməsi və energetika məhdudiyyətləri 2025-ci ilədək amerikalılara 2.7 milyon iş yerinin bağlanması bahasına başa gələcək."

Prezident Paris iqlim sazişindən çıxmaq qərarı bir sıra şirkətlərin tənqidləri ilə qarşılanıb. Təhlilçilər bir zamanlar skeptik yanaşılan yenilənən enerjidən istifadə üçün təməl yaradılmasının iqtisadi inkişafa yol açdığını deyir.

196 ölkənin nümayəndəsi qlobal istiliyə qarşı mübarizəyə dair razılığı 2015-ci ildə əldə edib.

Razılığa əsasən qlobal temperaturda artım dərəcəsi iki selsidən aşağı olmalıdır. Bununla yanaşı yoxsul ölkələrə iqlim sahəsində 100 milyard dollarlıq investisiya ayrılması və hər beş ildə prosesin gedişatı nəzərdən keçirilməlidir. Bu, 1997-ci ildə əldə olunmuş Kyoto Protokolundan sonra ən əhatəli razılaşmadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG