Accessibility links

BMT Təhlükəsizlik Şurası İranın raket sınağı ilə bağlı təcili iclas keçirməyə hazırlaşır


BMT Təhlükəsizlik Şurası İranın ballistik raket sınağı ilə bağlı şərşənbə axşamı təcili iclas keçirməyi planlaşdırır.

İclas Birləşmiş Ştatların bazar günü İranın orta mənzilli ballistik raket sınağı keçirməsindən sonra müraciəti əsasında keçirilir. Raketin dəqiq növü və hansı qabiliyyətlərə malik olduğu aydın deyil.

Təhlükəsizlik Şurasının 2015-ci il qətnaməsinə əsasən, İranın nüvə başlığı daşıya bilən ballistik raket sınağı ilə bağlı bütün fəaliyyətləri qadağan edilir

Səkkiz illik qadağa İranın dünyanın altı qüdrətli dövləti ilə sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan razılığın əldə edilməsindən sonra qoyulub.

Razılıq ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniyanın vasitəçiliyi ilə razılıq İranın nüvə silahları istehsalı üzərində işlədiyinə dair iddialara cavab olaraq əldə edilib. İran bu iddiaları dəfələrlə rədd edib.

İranın xarici işlər naziri Məhəmməd Cəfər Zərif çərşənbə axşamı günü Tehranda keçirdiyi mətbuat konfransı zamanı raket sınağını nə təsdiq, nə də təkzib edib, lakin İranın raketlərin nüvə başlığı daşımaq məqsədilə istehsal edilmədiyinə dair mövqeyini bir daha təkrarlayıb.

İnidiana universitetinin İran məsələləri üzrə təhlilçisi Hüseyn Banai raket sınağının motivlərinin daha çox siyasi məqsəd daşıdığını düşündüyünü deyib.

Onun sözlərinə görə, İran "ABŞ-ın aqressiv administrasiyasına cavab vermək üçün necə davranmalı olduğunu" bilir.

"Mənə elə gəlir ki, İran bunu Obama adinistrasiyası dövründə apardığı normal fəaliyyətlərindən geri çəkilməyəcəyinə dair siqnal göndərmək üçün edib və Vaşinqtonun sərt ton qarşısında əyilmək və yumşalmaq istəmədiyini göstərmək istəyib"-təhlilçi Amerikanın Səsinə bildirib.

ABŞ prezidenti Donald Tramp İranla nüvə proqramına dair razılığı kəskin şəkidə tənqid edərək, dünya qüdrətlərinin daha çox güzəştə getdiyini deyib.

İranla razılaşmanın daha bir opponenti olan senator Bob Korker İranın "bundan sonra ballislik raket sınağı pozuntularına yol verilməyəcəyini" deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG