Accessibility links

ABŞ-ın BMT nümayəndəsi İran və Hizbullahı hədəf alıb


Cümə axşamı ABŞ-ın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi İran və ona yaxın yarı-hərbi dəstə olan Hizbullahı hədəf alaraq deyib ki, Birləşmiş Ştatlar bu “artan təhlükə”yə qarşı mübarizə aparacaq.

BMT Təhlükəsizlik Şurasının Yaxın Şərq, xüsusilə də İsrail-Fələstin məsələsi üzərində keçirilən aylıq görüşdə Nikki Heyli şuranın diqqətini regiondakı digər təhlükələrə də yönəltməli olduğunu deyib.

Biz əsas cinayətkarla başlamalıyıq. Bu, İran və onun tərəfdaşı Hizbullahdır.

“Biz əsas cinayətkarla başlamalıyıq. Bu, İran və onun tərəfdaşı Hizbullahdır,” deyə o, livanlı şiə yarı-hərbi dəstəyə istinadən bildirib. ABŞ Hizbullahı terror təşkialtı adlandırır. Heyli deyib ki, İran və Hizbullah terror və hərbi addımlarla regionda sabitliyi pozmağa çalışır.

“Təhlükəsizlik Şurası bu təhlükəyə çox az diqqət yetirsə də, ABŞ bunun əksini edəcək. Biz İran və Hİzbullahı müzakirə etməyə davam edəcəyik və biz onların qanunsuzluqlarına qarşı tədbirlə görəcəyik.”

ABŞ nümayəndəsi bu sərt sözləri dövlət katibi Reks Tillersonun Tehranı tənqid etməsindən sonya deyib. Dövlət katibi bildirib ki, Tehran 2015-ci idlə altı dövlət qüdrəti ilə İran arasında əldə olunan razılığın ödhəliklərinə əməl etsə də, saziş İranın nüvə silahları inkişaf etdirməsinin qarşısını almayıb.

ABŞ Dövlət Katibi Reks Tillerson
ABŞ Dövlət Katibi Reks Tillerson

"Qarşısı alnmayan İran Şimali Koreya kimi eyni yolu getmək potensialına malikdir," deyə Tillerson çərşənbə günü bəyan edib. Onun sözlərinə görə vaxtikən Pxenyanla əldə olunan oxşar razılaşmalar heç bir nəticə verməyib.

Tramp administrasiyası İranın nüvə saxişinə riayət etdiyini yoxlamaq üçün 90 günlük dəyərləndirməyə başlayıb. Məqsəd İrana qarşı sanksiyaların ləğv edilməsiin ABŞ milli maraqlarına cavab verib-vermədiyini müəyyən etməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG