Accessibility links

Tramp və Quterreş bürokratiyanın BMT-nin effektivliyə mənfi təsir etdiyini deyirlər [Video]


Tramp və Quterreş bürokratiyanın BMT-nin effektivliyə mənfi təsir etdiyini deyirlər
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Beynəlxalq Millətlər Təşkilatının Baş Assambleyasının açılışından bir gün öncə çıxış edən ABŞ prezidenti Donald Tramp, üzv ölkələrinə keçmişdə formalaşmış və hal-hazırda çalışmayan yanaşmanın dəyişdirilməsinə çağırış etdi.

“2000-ci ildən bəri BMT-nın büdcəsinin 140 faiz, əməkdaşlarının sayının isə iki dəfə artmasına baxmayaraq, biz həmin sərmayələrə müvafiq nəticələr görmürük.”

Keçmişdə dəfələrlə qlobal təşkilatla bağlı tənqidi fikirlər səsləndirən Tramp deyib ki, BMT dünyanın hər bir yerində olan insanların inamını yenidən qazanmalıdır.

“Buna nail olmaq üçün BMT idarəetmənin hər səviyyəsində insanları cavabdeh tutmalı, pozuntular aşkarlayan insanları qorumalı və prosesə yox, nəticəyə diqqət yetirməlidir.”

Tramp dünya liderlərini BMT-nin bürokratiyaya yox, insanlara əhəmiyyət verən islahatlar qəbul etmələrinə çağırıb. O, baş katib Quterreşin təqdim etdiyi islahatlarda əminliyini ifadə edib.

“Biz sizin işinizdə müttəfiqlərik və mən əminəm ki, biz birlikdə çalışsaq və cəsarətli islahatlar həyata keçirsək, BMT güclü, effektiv, daha ədalətli və dünyada sülhün təmin edilməsi işində nəhəng qüdrət kimi formalaşacaq.”

Quterreş deyib ki, BMT qlobal icmaya daha yaxşı xidmət edə bilməsi üçün öz vəzifələrini sadələşdirməlidir.

“Biz cinsi istismarı və sui-istifadəni dayandırmaq üçün mövcud oyun qaydaları dəyişən strategiyanın icrasına başladıq. Biz BMT-də cinsi bərabərliyin təmin edilməsi, pozuntuları aşkarlarlayan insanların qorunması və əks-terrorizm qurumlarının gücləndirilməsi istiqamətində işə başladıq. Biz münaqişələrin qarşısının alınmasında daha güclü, vasitəçilikdə daha effektiv və sülhməramlı fəaliyyətin məsrəflərində daha səmərəli olmaq üçün islahatlar aparırıq.”

ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heyli BMT-nin islahatlarında ABŞ-ın dəstək deklarasiyasını imzalamayan ölkələrə tezliklə bunu etmələri üçün səsləndi.

“ABŞ inanır ki, biz bu islahatların reallaşması üçün dünya icması kimi bir araya gələrək, tarix yaza bilərik.”

İndiyədək 193 BMT ölkəsinin üçdə ikisi bu islahatlara dəstəyini ifadə edib. Çin və Rusiya onların arasında deyil.

XS
SM
MD
LG