Accessibility links

Şimali Koreyanın mediası: BMT təmsilçisi gərginliyin azaldılmasında yardımçı olmaq niyyətini ifadə edib


BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman və Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho.
BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman və Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho.

Bu həftə Şimali Koreyaya səfər etmiş Birləşmiş Millətlər Təşkilatının baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltman Koreya yarımadasındakı gərginliyin azaldılmasında yardımçı olmaq istəyini ifadə edib. Bunu Şimali Koreyanın dövlət mətbuatı bildirib.

Şimali Koreyanın KCNA xəbər agentliyini vasitəsilə yaydığı bəyanatında bildirilir ki, BMT nümayəndəsi ölkəyə qarşı tətbiq edilən sanksiyaların humanitar yardımlara mənfi təsirini etiraf edib.

KCNA: “Birləşmiş Millətlər Təşkilatı Koreya yarımadasındakı yaranmış gərginlik ilə bağlı narahat olduğunu və təşkilatın beynəlxalq sülh və təhlükəsizlik üzərində formalaşdırılmış xartiyasına əsasən bu gərginliyin azaldılması istiqamətində çalışmaq niyyətini ifadə edib.”

2012-ci ildən bəri Şimali Koreyaya səfər edən ən yüksək vəzifəli BMT rəsmisi Cefridən bu bəyanatla bağlı dərhal şərh almaq mümkün olmayıb.

Şimali Koreya Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına və beynəlxalq qınaqlara baxmayaraq nüvə və raket proqramı inkişaf etdirməyə davam edir.

29 noyabr tarixində ölkənin buraxdığı qitələrarası ballistik raketin indiyədək ən mütərəqqi olduğu və ABŞ-ın qitə ərazisini hədəf götürmək gücünə malik olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG