Accessibility links

BMT Baş Assambleyası Krımda insan haqlarına dair qətnamə layihəsini dəstəkləyib


BMT-nin Baş Assambleyası çərşənbə axşamı Rusiyanın işğal etdiyi Krımda insan haqlarının durumu ilə bağlı qətnamə layihəsinə dəstək verib. Qətnamə layihəsi Ukrayna tərəfindən hazırlanıb.

Qətnamədə Krımın işğalı, yarımadanın ərazisində Rusiyanın qanunvericiliyinin qeyri-qanuni qüvvəyə minməsi və əhalinin məcburi şəkildə Ukrayna vətəndaşlığının Rusiya vətəndaşlığına dəyişdirilməsi pislənir. Sənəddə həmçinin Rusiyanın Krım ərazisində həbslərə, xüsusilə də Krım tatarlarının həbslərinə son qoymasına çağırılır.

Bununla yanaşı, qətnamə layihəsi Rusiyanın BMT-nin beynəlxalq məhkəməsinin Krım tatarlarının Məclisinin fəaliyyətinin qadağan edilməsinə son qoyulması və yardımadada Ukrayna və Krım tatarlarının dillərində təhsilin təmin edilməsi haqda tövsiyələrinə əməl etməsi çağırışını əhatə edir.

Qətnamə layihəsi 71 ölkədə tərəfindən dəstəklənib, 25 ölkə onun əleyhinə olub, 77 ölkə isə bitərəf qalıb. Sənəd əleyhinə səs verən ölkələr arasında Belarus, Venesuela və Şimali Koreya olub.

Keçən il eyni qətnaməyə 70 ölkə dəstək vermişdi, 26 ölkə onun əleyhinə səs vermiş, 77 ölkə isə bitərəf qalmışdı.

XS
SM
MD
LG