Accessibility links

BMT Azərbaycan, Misir və İndoneziyadakı anti-gey təqiblərini qınayır


İndoneziyanın polis zabitləri şimali Cakartada gey saunasına edilən reyd zamanı onlarla geyi həbs edib.

Son həftələr ərzində Azərbaycan, Misir və İndoneziyada keçirilən anti-gey təqibləri nəticəsində onlarla insan əsassız şəkildə həbs edilərək, ədalətsiz rəftara məruz qalıb. Bu sözləri cümə günü Birləşmiş Millətlər Təşkilatının insan hüquqları ofisi bildirib.

BMT-nin insan hüquqları üzrə sözçüsü Rupert Kolvil mətbuat brifinqi zamanı deyib ki, insanların həqiqi və ya güman edilən cinsi orientasiyasına və cinsi mənsubiyyətinə görə saxlanılmaları beynəlxalq hüquqa ziddir.

Kolvilin sözlərinə görə, Azərbaycanda sentyabr ayının ortalarından etibarən 80-dən çox lezbian, gey, biseksual və transgender (LGBT) fərdi həbs edilib. BMT-nin əldə etdiyi məlumatlara əsasən, həbs edilənlərin bir qisminə qarşı elektroşok, fiziki zorakılıq, saçların məcburi qırxılması və digər növ təhqiredici hərəkətlər edilib.

Sözçü, son həftələrdə LGBT fərdlərinə qarşı eyni cür təqiblərin Misirdə və İndoneziyada da müşahidə edildiyini bildirib.

Kolvil cinsi orientasiyaları əsasında saxlanılan şəxslərin azad edilməsini, onlara qarşı irəli sürülən ittihamların götürülməsini çağırıb.

XS
SM
MD
LG