Accessibility links

BMT-nin baş katibi Myanmada baş verənlərlə bağlı narahatlığını ifadə edib


Myanmanın hərbi rəhbərləri devrilmiş lider Aunq San Su Çinin həbs müddətini çərşənbə gününə qədər uzadıb.

Hərbçilər Su Çini iki həftə əvvəl hakimiyyəti ələ keçirərkən qanunsuz olaraq idxal olunan walkie-talkie radiolarından istifadə etmək ittihamı ilə həbs edib. O, paytaxt Naypitodakı iqamətgahında ev dustaqlığında saxlanır.

Onun həbsi bazar ertəsi bitməli idi. Lakin Su Çini təmsil edən vəkil hakimin həbs müddətini çərşənbə gününə qədər uzatdığını deyib.

Bu qərar etirazçıların bazar ertəsi də Myanmanın bir çox yerində yenidən toplandığı, böyük şəhərlərdə təhlükəsizlik tədbiri olaraq, ordu və hərbi maşınlar artırlması fonunda verilib.

Rəsmilər keçən gecə interneti də kəsib.

BMT-nin baş katibi Antonio Quterreş bu cür məhdudiyyətlərin və siyasi liderlərinin həbslərindən dərin narahatlığını bildirib.

"Baş katib gücün artırılması və böyük şəhərlərə əlavə zirehli vasitələrin göndərilməsi də daxil olmaqla, Myanmadakı vəziyyətdən çox narahatdır. O, Myanma ordusunu və polisini dinc toplaşmaq hüququna hörmət göstərməyə və nümayişçiləri repressiyalara məruz qoymamağa çağırır. Təhlükəsizlik qüvvələri tərəfindən davam edən zorakılıq, təhdid və təzyiqlər qəbuledilməzdir” - deyə, Quterreşin nümayəndəsi bildirib.

Birləşmiş Ştatlar, Kanada və Avropa İttifaqına daxil olan 12 ölkənin Myanmadaki səfirləri də ortaq bəyanatlarında "dünya izləyir" deyərək, ordunun zorakılıqlarını qınayıb və Myanma xalqına dəstək ifadə edib.

"Təhlükəsizlik qüvvələrini qanuni hökumətin devrilməsinə etiraz edən nümayişçilərə və mülki şəxslərə qarşı zorakılığa son qoymağa çağırırıq. Siyasi liderlərin, vətəndaş cəmiyyəti fəallarının və dövlət qulluqçularının həbslərini, habelə jurnalistlərə qarşı təzyiqləri birmənalı şəkildə qınayırıq” deyə, bəyanatda bildirilib.

Hərbi çevrilişə qarşı nümayişlərdə Kaçin də daxil olmaqla, etnik azlıqlara qarşı basqılarla bağlı məlumatlar da verilir.

XS
SM
MD
LG