Accessibility links

BMT Myanmanın hərbi xuntasına təzyiqləri artırmağa çağırır


BMT-nin İnsan Haları Bürosu beynəlxalq ictimaiyyəti zorakılıqları dayandırmaq və dialoqa başlamaq barədə son razılığa baxmayaraq, rəqiblərinə qarşı amansız addımlar atmaqda davam edən Myanma hərbi xuntasına təzyiqləri artırmağa çağırıb.

Etibarlı mənbələra görə, Myanmanın hərbi qüvvələrinin fevralın 1-də ölkənin nəzarətini ələ almasından və demokratik yolla seçilmiş liderlərini devirməsindən bəri azı 782 nəfər öldürülüb.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının bildirdiyinə görə, ordunun etirazlara qarşı təzyiqləri azaltdığına dair heç bir əlamət yoxdur.

Ali Komissarlığın sözçüsü Rupert Kolvill etirazçıları öldürməklə yanaşı, hərbçilərin Myanma xalqına qarşı insan haqlarını pozan digər kobud hərəkətlərini davam etdiyini bildirib.

“Evlərdə və ofislərə hər gün reydlər keçirilir. Hazırda 3740 nəfərdən çox insan həbsdədir. Yüzlərlə insanın harada olduğu və taleyi bizi çox narahat edir. Bunlar zorla yoxa çıxma kimi qiymətləndirilməlidir” - deyə, Kolvill bildirib.

Kolvillin dediyinə görə, son bir ayda ordu vətəndaş cəmiyyətləri fəalları, həmkarlar ittifaqları işçiləri, jurnalistlər, alimlər və ictimai xadimlər olmaqla, 1500-dən çox insana həbs hökmu verib. O, hərbi rəsmilərin axtarılan insanların ailə üzvlərinin onlar polisə təslim olana qədər nəzarətdə saxlandığını deyib.

BMT-nin İnsan Haqları Bürosu ASEAN-ı tez bir zamanda reaksiya verməyə və ordunun öhdəliklərinə əməl etməsi üçün səyləri artırmağa, bloka üzv olan 10 Cənub-Şərqi Asiya ölkəsini öhdəliklərinə əməl etmədiklərinə görə Myanma liderlərini məsuliyyətə cəlb etməyə ağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG