Accessibility links

BMT-nin 70-ci yubileyi: problemlər və sınaqlar [Video]


BMT-nin 70-ci yubileyi: problemlər və sınaqlar
please wait

No media source currently available

0:00 0:03:33 0:00

BMT-nin 70-ci yubileyi: problemlər və sınaqlar

BMT-nin təsisçiləri 70 il öncə başqa bir dünya müharibəsinin qarşısını almağa çalışırdılar. Bu günə kimi onu bunu etməyə nail olublar, amma buna baxmayaraq təşklatı sınayan böhran və münaqişələr də baş verib.

Soyuq Müharibə dövründə Sovet İttifaqı və ABŞ arasındakı qarşıdurma BMT-də daxili ixtilaf yaratmışdı.

BMT İkinci Dünya müharibəsindən sonra, BMT-dən öncəki Millətlər Liqasının uğursuzluqları nəticəsində yaranıb.

1945-ci ildə San Fransiskoda keçirilən konfransda təşkilatın xartiyası tərtib edilib. Bu xartiya daha sülhpərvər dünya yaratmaq və insan haqlarını irəlilətmək məqsədi daşıyırdı.

Konfrans zamanı ABŞ prezidenti Harri Truman nümayəndələrə fəqrliliklərinə görə onların uğurlar əldə edə bilməyəcəklərinə inananların olduğunu deyib.

Harri Truman: “Amma bu fərqliliklərin hamısı bir məqsəd –müharibəyə son qoymaq qətiyyəti -uğrunda ortadan qalxdı."

Birləşmiş Millətlər Təşkilatı rəsmi olaraq həmin ilin oktyabrında 50 üzv ölkədən 29-u xartiyanı təsdiqləyəndən sonra təsis olundu.

BMT-nin baş katibi Kofi Annanın sabiq müşaviri Maykl Doyl təşkilatın əvvələr bir sıra problemlərlə üzləşdiyini deyir.

“Soyuq Müharibə dövründə Sovet İttifaqı və ABŞ arasındakı qarşıdurma BMT-də daxili ixtilaf yaratmışdı. Təşkilat sülhməramlı əməliyyatların yalnız məhdud qaydada həyata keçirə bilirdi. Bu isə əsasən ABŞ və sovetlərin BMT-ni öz düşmənçiliyindən kənarda saxlamaq istədiyi münaqışələrdə.

BMT-nin sülhməramlılğı bu ərəfədə yarandı. 1956-cı ildə Süveyş Böhranı zamanı BMT-nin cəmi bir neçə yüz “mavi kaskalar” adlanan əsgərləri var idisə, hazırda 10 mindən çox əsgər və polisə bərabər sülhməramlılar dünyanın ən təhlükəli yerlərində mülki şəxsləri və yardım işçilərini müdafiə edirlər. BMT həmçinin müharibə və təbii fəlakət qurbanlarını humanitar yardımla təmin edir, münaqişələrin qarşını alıb, onları həll etməyə çalışır. Ən son olaraq isə təşkilat iqlim dəyişikliyi və ekstremal yoxsulluğun aradan qaldırılması üzərində işləyir.

Ancaq bəzi nəhəng struktur islahatları baş verməyənədək təşkilat əhəmiyyətini daha da itirəcək və arxaik quruma çevriləcək

“Dünya dəyişir. Ona görə BMT də dəyişib, ona uyğunlaşmalıdır. Biz sabit qala bilmərik.”

1945-ci ildən bəri BMT-yə 8 kişi başçılıq edib. Gələn ilsə yeni baş katib seçiləcək. Çoxları bu dəfə artıq qadının seçilməli olduğunu düşünür.

Bundan əlavə BMT-də təşkilat islahatlarına çağıranlar var. Bunlardan ən əsası isə beş ölkənin veto gücünə sahib olduğu Təhlkəsizlik Şurasında dəyişiklilərin baş verməsidir.

“Hər kəs 1945-ci ildə yaranan Təhlükəsizlik Şurasının artıq 2015-ci ildəki güc strukturunu təmsil etmədiyin deyə bilər. ”

Doylun sözlərinə görə, inkişaf etməkdə olan güclü ölkələr təmsilçilik, seçilmiş şura üzvləri isə daha çox hörmət tələb edirlər.

“Hindistan, Braziliya, Yaponiya, Almaniya və bir sıra digər ölkələrin Şurada daha böyük sözə sahib olmaması vacib məsələdir. Bəzi hallarda seçilmiş 10 üzv ölkə özünü iştirakçı deyil, turist kimi hiss edir.”

Zamana uyğunlaşmaq üçün BMT təkamül etməlidir.

“Ancaq bəzi nəhəng struktur islahatları baş verməyənədək təşkilat əhəmiyyətini daha da itirəcək və arxaik quruma çevriləcək.”

Buna baxmayaraq, bir çox müşahidəçilər bugünkü dünyanı BMT-siz təsəvvür etməyin çətin olduğunu deyir.

XS
SM
MD
LG