Accessibility links

BMT-nin Qaçqınlar agentliyi: Qaçqınlar ABŞ-ın təhlükəsizliyinə hədə deyil


BMT-nin Qaçqınlar agentliyi (UNHCR) bildirib ki, Suriya və başqa ölkələrdən qaçqınlar Birləşmiş Ştatların təhlükəsizliyinə hədə təşkil etmir. UNHCR, BMT-nin başqa agentlikləri və insan haqları müdafiəçiləri Birləşmiş Ştatları mühacirətə qadağanı yenidən nəzərdən keçirməyə çağırıb.

Qaçqınlar agentliyi ABŞ prezidenti Donald Trampın Suriya qaçqınlarının milli təhlükəsizliyə hədə təşkil etdiyi və onların Birləşmiş Ştatlara girişinə qadağa qoyulmalı olduğu haqda iddiasının heç bir əsası olmadığını bildirib.

ABŞ prezidenti Donald Tramp cümə günü İraq, Suriya, İran, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının 90 gün ərzində Birləşmiş Ştatlara buraxılmamasına dair sərəncam imazlayıb. Yeni siyasətə əsasən, Suriya qaçqınlarının ABA-a girişinə qeyri-müəyyən müddətək, başqa ölkələrdən qaçqınların isə 120 gün müddətində ölkəyə buraxılmaması nəzərdə tutulur.

ABŞ prezidenti Donald Tramp sərəncamı imzaladıqdan sonra
ABŞ prezidenti Donald Tramp sərəncamı imzaladıqdan sonra

BMT-nin Qaçqınlar agentliyinin sözçüsü Vannina Maestraççi Suriya qaçqınlarının terrorçu olduğuna dair iddiaları rədd edib. O deyib ki, qaçqınlar terrorçuların qurbanlarıdır və başqa ölkədə yerləşdirilməsi təklif olunan isanlar Yer üzündə ən həssas vəziyyətdə olan adamlardır. Buraya qadınlar və uşaqlar, fiziki qüsurlu və tibbi yardıma ehtiyacı olan insanlar daxildir.

O, Amerikanın Səsinə deyib ki, qaçqınların Birləşmiş Ştatlarda yerləşdirilməsinə icazə verilməsindən əvvəl onlar ciddi yoxlama proesindən keçir.

"Fikrimcə, tam ədalətlə deyə bilərik ki, Birləşmiş Ştatlara yerləşdirilmək üçün qələn qaçqınlar ABŞ-a gələnlər arasında ən ciddi yoxlanılan insanlardır"-o bildirib.

Prezident Trampın sərəncamından sonra ABŞ-da qaçqınlara dəstək aksiyaları keçirilib
Prezident Trampın sərəncamından sonra ABŞ-da qaçqınlara dəstək aksiyaları keçirilib

Bu günlər ABŞ mediasına müsahibə zamanı prezident Tramp deyib ki, Birləşmiş Ştatlar onlar haqda heç bir məlumat olmadan "on minlərlə insanı" qəbul edib və onların yoxlanılmadığını əlavə edib. Prezident ABŞ-a gələn mühacirlərin ən ciddi şəkildə yoxlanılmasına çağırıb.

Fikrimcə, tam ədalətlə deyə bilərik ki, Birləşmiş Ştatlara yerləşdirilmək üçün qələn qaçqınlar ABŞ-a gələnlər arasında ən ciddi yoxlanılan insanlardır.
Vannina Maestraççi

BMT-nin Qaçqınlar agentliyinin sözçüsü Vannina Maestraççi deyib ki, agentlik Birləşmiş Ştatlarda və daha 30 ölkədə yerləşdirilməsi təklif olunan qaçqınları diqqətlə yoxlayır. Onun sözlərinə görə, hansı qaçqının qəbul edilməsini Birləşmiş Ştatlar həll edir. Bu proses iki ilə qədər sürə bilər.

"Birləşmiş Ştatlar daxilində sistemdə bir sıra mərhələlər var. Buraya federal agentliklər cəlb olunub. Təhlükəsizliyiə dair altı müxtəlif məlumat bazası var, ABŞ-ın özünün keçirdiyi beş müxtəlif yoxlama mərhələsi mövcuddur"-deyə o bildirib.

Qaçqınların Yerləşdirilməsi İdarəsinin verdiyi məlumata görə, 2012-ci ildən Birləşmiş Ştatlarda 14 min 333 Suriya qaçqını yerləşdirilib. Bu, Türkiyə kimi hazırda Suriyadan 3 milyondan çox qaçqını qəbul edən ölkələrlə müqayisədə olduqca kiçik rəqəmdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG