Accessibility links

BMT nüvə müfəttişləri İrana yollanıb


BMT nüvə müfəttişləri İrana yollanıb
BMT nüvə müfəttişləri İrana yollanıb

BMT-nin yüksək rütbəli nüvə müfəttişləri İslam dövlətinin atom bombası istehsal etməyə can atması barədə şübhələrə aydınlıq gətirmək üçün bu gün İrana yollanıblar.

Beynəlxalq Atom Enerjisi Agentliyi ümid edir ki, İran nüvə proqramı haqda ətraflı təsəvvür almağa imkan yaradacaq. Belə ki, 2008-ci ildən bəri ilk dəfə olaraq İran rəsmiləri nüvə proqramı ətrafında danışıqlara qatılmağa razılıq veriblər.

“Biz ümid edirik ki, İranla aramızdakı başlıca məsələlərə toxunacağıq və Tehran bizim narahatlıqlarımıza cavab verəcək,” deyə Vyanada təyyarəyə minməzdən əvvəl BMT nüvə agentliyinin direktor müavini Herman Nackaerts bildirib.

Amma uzun müddət Tehranın bu növ təmaslardan vaxtı uzatmaq məqsədilə istifadə etməsi qənaətində olan Qərb diplomatları İslam Respublikasının BAEA ilə tələb olunan əməkdaşlığa getməyəcəyini güman edirlər. Onlar hesab edirlər ki, İran hökuməti artan təzyiqlərə ara verilməsi üçün müvəqqəti güzəştlərə gedə bilər.

XS
SM
MD
LG