Accessibility links

BMT-nin nüvə agentliyinin müfəttişləri İranda missiyaya başlayır


BMT-nin nüvə agentliyinin müfəttişləri İranda missiyaya başlayır
BMT-nin nüvə agentliyinin müfəttişləri İranda missiyaya başlayır

BMT-nin nüvə agentliyinin müfəttişləri İranın nüvə proqramının hərbi mahiyyət daşıdığı ilə bağlı iddiaları aydınlaşdırmaq üçün İranda fakt-araşdırıcı missiyaya başlayıb.

Beynəlxalq Atom Enerjisi Agentiyinin ekspertlərdən ibarət qrupu bazar günü üç günlük missiya ilə Tehrana yetişib. İran dinc məqsədli enerji proqramı adı altında nüvə silahları istehsal etməyə çalışdığı ilə bağlı ittihamları dəfələrlə rədd edib və məsələni Beynəlxalq Atom Enerjisi Agentiyi və dünyanın qüdrətli dövlətləri ilə müzakirə etməkdən imtina edib.

Nümayəndə heyətinə rəhbərlik edən agentliyin direktor müavini Herman Nakaertis deyib ki, ekspertlərdən ibarət qrupun İran rəsmilərilə agentliyi narahat edən məsələ ilə bağlı planlaşdırılan dialoqunun vaxtı artıq çoxdan gəlib çatıb.

BMT müfəttişlərinin hansı obyektlərə baş çəkəcəiyi və kiminlə görüşəcəyi aydın deyil.

Beynəlxalq Atom Enerjisi Agentiyi keçən il noyabr ayında açıqladığı hesabatda İranın nüvə silahları istehsalı bağlı nüvə fəaliyyətləri ilə məşğul olduğuna dair dəlillərin olduğunu bildirimişdi. İran hesabatı qəzərli və Qərbin qüdrətli dövlətlərinin kəşfiyyatının saxta məlumatlatlarına əsaslandığını bildirmişdi.

XS
SM
MD
LG