Accessibility links

BMT nüvə silahlarına qadağa qoyulmasına çağırır


BMT-nin Tərksilah və Beynəlxalq Təhlükəsizlik Komitəsi nüvə silahına malik ölkələrin etirazına baxmayaraq, nüvə silahlarının qadağan edilməsinə çağıran yeni müqavilə ilə bağlı danışıqlara başlanılmasını nəzərdə tutan qətnamə qəbul edib.

“Bu qətnamə nüvə silahlarının bir gecədə ləğvi demək deyil. Lakin o, nüvə silahlarını ifşa edərək və ölkələri tərksilah olunmaq üçün təcili addımlar atmağa məcbur edərək, güclü, yeni beynəlxalq hüquqi standartları müəyyən edəcək”-deyə Nüvə Silahlarının Qadağan Olunması üzrə Beynəlxalq Kampaniyanın icraçı direktoru Beatriz Fihn bildirib.

Fihn deyib ki, səsvermə ölkələri nüvə silahlarının azaldılmasına razı salmaq üçün “tarixi bir mərhələdir.” O deyib ki, buna nail olmaq çətin olacaq.

Avstriya, Braziliya, İrlandiya, Nigeriya, Meksika və Cənubi Afrika tərəfindən təqdim edilmiş qeyri-məcburi xarakter daşıyan qətnamə 123 lehinə, 38 əleyhinə səslə qəbul edilib. 16 ölkə bitərəf qalıb. Nüvə silahına malik ölkələr qətnaməyə səs verilməməsi üçün fəaliyyət göstərib.

Birləşmiş Ştatlar, İsrail, Fransa, Rusiya və Britaniya qətnamənin əleyhinə səs verib. Çin, Hindistan və Pakistan bitərəf qalıb.

BMT-yə üzv ölkələr dekabr ayında baş assambleyanın tam tərkibdə iclasında qətnaməni səsə qoyacaq.

Qətnamə həmçinin nüvə silahlarının tam qadağasına gətirib çıxaracaq məcburi hüquqi mexanizmlərin müzakirə edilməsi məqsədilə mart ayında konfransın keçirilməsinə çağırır.

Qətnaməni dəstəkləyən ölkələr “nüvə silahlarından mümkün istifadənin humanitar fəlakətli nəticələri” ilə bağlı dərin narahatlıqlarını ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG